Sərdar Cəlaloğlu: “Hərəkatdakı opponentlərimlə referenduma baxış fəlsəfəmdə fərq var”
“2 dəfədən artıq prezident seçilməyi məhdudlaşdıran maddə ilə bağlı təklif yoxdur”
“Qarabağ və Respublika uğrunda” Hərəkata daxil olan ADP sədri Sərdar Cəlaloğlunun Lent.az-a müsahibəsi
- İTV-nin efirində Siz və “Respublikaçılar” təşviqat qrupunun nümayəndəsi İsa Qəmbərlə birlikdə artıq bir dəfə çıxış etsəniz də konkret mövqe olmadı ki, əhalini referendumda iştirak etməməyə, yoxsa iştirak edib təklif olunan dəyişikliklərə “yox” deməyə çağırırsınız...
- Bu ona görə belədir ki, referendumla bağlı tam aydınlıq yoxdur. Vətəndaşlarda referendumla bağlı aydın fikir yaratmaq imkanı yoxdur. Yadınıza gəlirsə, debat zamanı Mübariz Əhmədoğlu da dedi ki, pulsuz efir vaxtı azdır, yenə ayrılmalıdır. Biz xalqa məlumat verə bilməyəcəyik ki, hansı maddəyə səs ver, hansına səs vermə. Digər tərəfdən, səsvermə bülletenində 41 sual olacaq ki, bu da seçki məntəqələrinə düşən güc normal nəzərdə tutulandan 30-40 dəfə artıq olacaq. Sanki 250 milyonluq seçicilərin səsverməsi təşkil olunur. Yəni, texniki imkansızlıq da burada yol oynayır. Vətəndaşların reaksiyasından və bu kimi digər məqamlardan asılı olaraq sonda bu məsələ ilə bağlı konkret qərar verəcəyik.
- Dediklərinizdən belə çıxır ki, Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 dəyişikliyin heç də hamısına “yox” demirsiniz.
- Əslində, vaxt çox olsaydı, biz hər bir maddəyə ayrılıqda münasibət bildirə bilərdik. Ancaq vaxt o qədər məhduddur ki, ümumi şəkildə “yox” deməliyik. Eyni zamanda, bizim təklif olunan dəyişikliyin hər birinə ayrılıqda münasibətimiz var. Ancaq bizə o qədər vaxt verilmir ki, biz təklif olunan dəyişikliklərə ayrı-ayrılıqda şərh verərək “hə”, yaxud “yox” deyək.
- Ümumilikdə Sərdar Cəlaloğlu ilə Hərəkatdakı digər opponentlərin referenduma baxışının fəlsəfəsində fərq varmı?
- Var. Elə hesab edirəm ki, bu referendumda biz diqqəti dövlət başçısına beynəlxalq müqavilələrlə bağlı verilməsi təklif olunan dəyişikliyə yönəltməliyik. Opponentlərim isə hesab edir ki, diqqət daha çox bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə qarşı qoyulan məhdudiyyətin aradan götürülməsinə yönəlməlidir. Mən hesab edirəm ki, Konstitusiya onsuz da referendum yoluyla bir nəfərin 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyəti aradan qaldırmır. Çünki bu maddə hansı qaydada Konstitusiyaya salınıbsa, yalnız o qaydada Konstitusiyadan çıxarıla bilər. Bir halda ki, bundan əvvəl Konstitusiyada dəyişiklik edilərkən həmin maddəni belə salıblar ki, bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi mümkün deyil və vətəndaşlar buna səs veribsə, indi də yalnız bir halda Konstitusiyadan çıxarıla bilər. O halda ki, maddə belə qoyulsun: bir nəfərin 2 dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddə götürülsün. Belə bir təklif də yoxdur. Hazırda təklif olunan dəyişiklik eyni şəxsin 2 dəfədən artıq prezident seçilməsilə bağlı qoyulan məhdudiyyətin götürülməsinə gətirib çıxarmır.
- Əvvəlcə referendumla bağlı hətta icazə verilməyəcəyi təqdirdə belə, piket keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan icazəsiz piketin keçirilməməsi qərarına gəlindi. Bu gün isə martın 1-də kütləvi aksiyalar keçirmək qərarı verildi. Doğrudanmı Hərəkatda mətbuatda yazıldığı kimi kəskin fikir ayrılığı var?
- Əslində kəskin fikir ayrılığı yox idi. Sadəcə olaraq mən bu qənaətdəydim ki, bizə həddən artıq az verilib. Beynəlxalq ictimaiyyətin diqqətini referendumun hüquqi nəticələrindən yönəldib hansısa başqa məsələlərə cəlb etsək, biz özümüz bir növ uduzmuş hesab olunuruq. Biz icazəsiz aksiyaya 50, yaxud icazəli aksiyaya 1000 nəfər çıxarmaqla nəyə nail olacağıq? Biz daha çox vaxtımızı, eyni zamanda ölkə ictimaiyyətinin diqqətini referenduma cəlb etməliyik. Mənim mövqeyim budur və mövqeyimdə də qalıram. Əks tərəfin – yəni opponentlərimin mövqeyi güclü olsa, yəqin ki, onların dediyi olacaq, mən də onlarla hesablaşacam.
- Deməli, onlar bu günə qədər Sizinlə hesablaşmışdılar...
- Aksiyaların keçirilməməsi barədə qərar verilərkən, bəli...
Pərvin ABBASOV

1703