Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb
Görüşün nəticələrinə dair mətbuat açıqlaması yayımlanacaq
Almatıda ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatıb. APA-nın Almatıya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş bir saat yarım davam edib.
Görüşün nəticələri ilə bağlı mətbuat açıqlaması yayımlanması gözlənilir. “3+2” formatında keçirilən görüşdə Elmar Məmmədyarovla Edvard Nalbandyandan başqa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Staynberq də iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda jurnalistlərə verdiyi açıqlamada Almatı görüşündə əsasən Laçın və Kəlbəcərin işğaldan azad olunması müddətinin müzakirə olunacağını bildirmişdi.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53