“Stratfor”un prezidenti: “ABŞ Ermənistan və Azərbaycanla münasibətlərini böhrana yol vermədən qoruyub saxlamaq istəyir”- MÜSAHİBƏ
“Vaşinqton Bakının regiondakı əsas dövlətlərlə münasibətlərini anlamaq niyyətindədir”
“Stratfor” Qlobal Analitik Şirkətinin prezidenti Corc Fridmanın APA-nın Vaşinqton müxbirinə müsahibəsi
- Sizcə, ABŞ dövlət katibinin Azərbaycana səfərindən nə gözləmək olar?
- Mən bu sualı başqa cür verərdim - Azərbaycan bu görüşdən nə əldə etmək istəyir? Robert Qeytsin səfərinin ardınca, ABŞ Azərbaycana iki xarici siyasət xadimini göndərir. ABŞ üçün Azərbaycanın Əfqanıstanda maddi-texniki dəstəyi, Azərbaycanın neft sektorunda iştirak və ölkənin Rusiya ilə İran arasında coğrafi mövqedə yerləşməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu təhlükəli ərazidə öz müstəqilliyinin təminatı üçün Amerikanın dəstəyinə ehtiyacı var. Gələcək həmişə qeyri-müəyyən olur. Bu iki ölkə arasında qarşılıqlı maraqlar var. Azərbaycan üçün ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Bu, ABŞ üçün vacib məsələ deyil. Özünün geniş Qafqaz strategiyasında ABŞ regionda Ermənistan və Azərbaycanla münasibətlərini böhrana yol vermədən qoruyub saxlamaq istəyir. Ona görə də, maraqlısı odur ki, Azərbaycan Amerikanı bu məsələdə nə dərəcədə sınağa çəkəcək? Məncə, Hillari Klinton danışıqları böhran həddinə çatdırmadan regionla bağlı müzakirələri canlandırmağa cəhd etməyə hazırdır. Ona görə də dövlət katibi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ABŞ-la əlaqələrini təhlükə altına qoymaq həvəsi ilə üzləşməlidir. Beləliklə də, Klinton vəziyyəti sakitləşdirmək üçün regiona səfər edəcək. Maraqlı olan budur ki, Azərbaycan buna imkan verəcək, yoxsa yox? Mən bu görüşdə iştirak etsəydim, daha çox Azərbaycanın mövqeyi ilə maraqlanardım.
- Bu onu göstərirmi ki, ABŞ-Azərbaycan əlaqələrindəki gərginlik sona çatıb?
- Dövlətlər arasındakı gərginliklər heç vaxt bitmir. Onlar artır və azalır, yeni məsələlər ortaya çıxır. Əfqanıstanla bağlı ABŞ-ın Azərbaycandan artan asılılığı Azərbaycana Amerika ilə danışıqlarda istifadə etmək üçün təsir imkanı verir. Mən deyərdim ki, ölkələr arasındakı gərginliklər heç də həmişə pis olmur, çünki bu münasibətləri inkişaf etdirməyə imkan verir. İndiki halda iki ölkə arasında aydınlıq gətiriləsi real məsələlər var və bu məsələləri həll etmədən gərginlik azala bilməz. Azərbaycanla münasibətlərdə gərginliyin azalması ABŞ üçün daha yaxşı olar, bu, Dağlıq Qarabağ kimi məsələlərə marağı azaldar və ya həmin məsələlərdə təzyiqi təxirə salar. Gərginliyin dərəcəsi hal-hazırda Azərbaycanın bu məsələyə diqqət ayırmağı təxirə salmağa hazır olub-olmamağından asılıdır. Bu, gərginliyi azaldacaq, lakin əlbəttə ki, bu durum Azərbaycanın milli maraqlarına uyğun olmaya bilər.
- Vaşinqtonun Bakıya verəcəyi hansı suallar var?
- Vaşinqton Bakının regiondakı əsas dövlətlərlə münasibətlərini başa düşmək istəyir. ABŞ-ın maraqlandığı üç ölkə İran, Rusiya və Türkiyə ilə Bakının münasibətləri var. Məncə, ABŞ xüsusilə Bakının Ankara ilə münasibətlərini başa düşməyə istəyəcək. Türkiyənin xarici siyasəti dəyişir və ABŞ Azərbaycanın bununla bağlı mövqeyini öyrənmək istəyəcək. İkincisi, Vaşinqton Bakının Mərkəzi Asiya ilə bağlı mövqeyini öyrənmək istəyəcək. Və nəhayət, ABŞ-ın İranla dialoq aparmaq üçün əsas axtarmaqda maraqlı olduğunu, Azərbaycanın İrana münasibətdə vahid mövqeyini nəzərə alaraq, ABŞ Tehrandakı vəziyyət və dialoq imkanları ilə bağlı Bakının fikrini öyrənmək niyyətindədir. Ermənistanla bağlı məsələ yalnız Azərbaycanın istəyəcəyi təqdirdə gündəmə gətiriləcək. Bu, Klintonun əgər mümkün olsa, üstündən keçmək istəyəcəyi məsələdir.

634