Əli Həsənov Hillari Klintonun Azərbaycana səfərini şərh edib
“Bu səfər ABŞ-la Azərbaycan arasında münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması baxımından əhəmiyyətlidir”
“Həmsədr ölkələrdən biri olan ABŞ-ın problemə münasibəti, münaqişənin gələcək həllinə münasibəti, ABŞ-ın bu məsələyə prioritet məsələ kimi yanaşması maraqlıdır. Digər tərəfdən Birləşmiş Ştatlarla Azərbaycan arasında ötən illərdə mövcud olmuş münasibətlərin təhlili, gələcək işlərin planlaşdırılması anlamında bu səfər sözsüz ki əhəmiyyətlidir. Ona görə biz bu səfərə mühüm əhəmiyyət veririk”.
APA-nın məlumatına görə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana iyulun 4-də gözlənilən səfərini belə şərh edib: “Düşünürük ki, Hillari Klintonun prezident İlham Əliyevlə, Azərbaycanın digər rəsmiləri ilə, mətbuatla keçirilən görüşlərində Azərbaycan-ABŞ münasibətlərinə baxışları, ABŞ-ın bu sahəyə münasibətini birinci əldən Azərbaycan vətəndaşlarına çatdıracaq”.
Əli Həsənov ABŞ-ın Azərbaycan münasibətlərdə əsas olaraq götürdüyü prioritetlərin - təhlükəsizlik, enerji təhlükəsizliyi, demokratiya, insan haqları – eynilə Azərbaycan tərəfindən də qəbul olunduğunu deyib: “Biz həmin prioritetləri eyni ilə qəbul edirik, lakin bizim üçün ilk növbədə əsas məsələ Dağlıq Qarabağ probleminin həllinə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına ABŞ-ın bir fövqəldövlət kimi münasibətidir. Ona görə Azərbaycan xarici aləmlərlə bütün münasibətlərini Dağlıq Qarabağ probleminə həmin ölkənin münasibəti üzərində qurur. Biz ABŞ-la münasibətləri enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə, beynəlxalq sülhyaratma proseslərində birgə iştirak, demokratiya və insan haqları sahəsində əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ probleminin həllinə bu ölkənin münasibətini və Dağlıq Qarabağ problemi ətrafında bu ölkənin apardığı işi nəzərə alaraq qururuq”.
PA rəsmisi ABŞ-ın dövlət katibinin və ya digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərinin istənilən halda yaxşı hal olduğunu vurğulayıb: “Hər halda bu səfər 18 il bundan əvvəlki səfərdən tamamilə fərqlənir. O zaman Azərbaycan bir müstəqil dövlət kimi hələ tam formalaşmamışdı, Azərbaycanın daxili, xarici siyasətinin prioritetləri, xarici aləmlə münasibətlərinin strategiyası, taktikası bəlli deyildi. O zaman bu görüşlər sadəcə təsadüfi görüş xarakteri daşıyırdı və xarici aləm Azərbaycan dövlətini öyrənirdi. Amma bu gün Azərbaycan formalaşmış bir dövlətdir, özünün daxili və xarici maraqları formalaşıb, xarici siyasətinin, daxili siyasətinin prioritetləri mövcuddur. Ona görə də bugünkü vəziyyətdə Azərbaycanın xarici aləmlə təmasları tamamilə təsadüfi deyil, planlı şəkil daşıyır”.
Əli Həsənov ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının verdiyi bəyanatın Azərbaycanı tam qane etdiyini deyib: “Bəyanat Azərbaycanı tam qane edir. Əvvəla bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını etiraf edirlər. Bəyanatda işğal olunmuş ərazilərdən erməni qoşunlarının çıxarılması tələbi var, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ölkələrin iradəsi var. O ki qaldı ayrı-ayrı ölkələrin saytlarında bəyanatın təhrif olunmuş, tərcümə səhvi ilə yayımlanmasına, bunu biz mexaniki yanlışlıq adlandırırıq”.

416