“İşğal altındakı torpaqlarının inkişaf proqramları hazırlanıb”
Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın jurnalistlərə görüşü keçirilib.
APA-nın görüşdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, millət vəkili jurnalistlərin müxtəlif sahələri əhatə edən suallarını cavablandırıb. Maraqlı açıqlamalar verən komitə sədri ölkə mətbuatının 135 illik yubileyi ərəfəsində jurnalistikanın durumundan danışıb: “Mən təəssüf edirəm ki, bu gün Azərbaycan mediası regionda özünə layiqli yer tuta bilməyib. MDB ölkələrinin, o cümlədən Rusiya və Türkiyə mətbuatı ilə sıx əlaqələri yoxdur. Mövzu qıtlığı hiss edilir. Mətbuatın vəziyyəti bir növ böhran təsiri bağışlayır. Mən vəziyyətdən çıxış yolu kimi iki təklif edə bilərəm. Məsələn, Azərbaycanda Jurnalistika Akademiyası yaradıla bilər. Bundan başqa, jurnalistlərin mühüm yazıları ilə dünya ictimaiyyətinin tanış olması üçün xüsusi tərcümə mərkəzinin də yaradılması mümkündür. Azərbaycanda jurnalistlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməlidir, ancaq mən kiməsə əməkdar jurnalist adının verilməsinin tərəfdarı deyiləm”.
Komitə sədri ölkə mətbuatında yer alan xəbərlərin bir hissəsinin şou-biznes, bir hissəsinin hadisə-olay xarakteri daşıdığını, bir hissəsinin isə xarici məlumatlardan ibarət olduğunu bildirib. Onun sözlərinə görə, nə ölkənin televiziya məkanında, nə də digər kütləvi informasiya vasitələrində ciddi təhlillərə əsaslanan, diqqət çəkən materiallara yetərincə rast gəlinmir.
R. Aslanova Milli Məclisin və rəhbərlik etdiyi komitənin fəaliyyətinə də toxunub. Komitə sədri Milli Məclisin fəaliyyətinə “5” qiymət verdiyini də diqqətə çatdırıb: “Bu gün Milli Məclis həqiqətən də parlamentarizmə xas fəaliyyətlə məşğuldur. Rəhbərlik etdiyim komitəyə isə bu ilin altı ayı ərzində 722 müraciət daxil olub. 111 vətəndaşı isə qəbul etmişik. Bəzən kimsə imtahandan kəsilir və bizə şikayətə gəlir. Bu günlərdə isə 86 yaşlı bir insan gəlib ona vərəsəlik hüququnun verilməsini tələb edirdi. Onun vərəsəlik hüququ tələb etdiyi valideynləri isə təsəvvür edirsiniz nə vaxt ölüblər? Yəni bəzi hallarda belə müraciətlər olur” .
Millət vəkili Dağlıq Qarabağın işğaldan azad edildikdən sonra əhalinin köçürülməsi və bu ərazilərin bərpa olunması proqramlarından da danışıb: “Guya torpaqlar işğaldan azad ediləndən sonra insanların qayıtmayacağı haqqında fikirlər kökündən yanlışdır. Bu gün işğal altındakı torpaqların inkişaf proqramları hazırlanıb. Orada ən xırda detallar da nəzərə alınıb. Hətta balaca bir polis postunun hansı rayonun ərazisində, hansı küçədə qoyulacağı, dağıdılan tarixi-memarlıq abidələrinin hansı formada bərpa ediləcəyi də məlumdur. İnanın ki, Şuşa əvvəlki vəziyyətindən dəfələrlə gözəl olacaq” .
Komitə sədri, eyni zamanda yaxın günlərdə Osloda ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edəcəklərini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyinə münasibətlərini bildirəcəklərini vurğulayıb.

444