102-ci baza: üstümüzə kim gəlir? – ARAŞDIRMA
Ermənistanla Rusiya arasında Gümrüdəki 102-ci hərbi bazanın icarə müqaviləsinin müddətinin 49 illiyə uzadılması tək Azərbaycanda deyil, bölgədə yerləşən Türkiyə və Gürcüstanda da narahatlıqla qarşılanmaqdadır. Rusiya siyasətçiləri imzalanmış bu sənədin və Ermənistanın modern texnika, silah və sursatla təchizatına dair müqavilənin bölgə ölkələrinə, xüsusilə də Azərbaycana qarşı yönəlmədiyini bəyan etsələr də, xarici işlər naziri Sergey Lavrovun bəyanatları hərbi ekspertlər tərəfindən fərqli şərh edilir. Bu ikibaşlı ifadələrin hərbi bazanın gərəkli olduğu təqdirdə Ermənistanla bir yerdə Azərbaycan və Gürcüstanla savaşacağı istisna olunmur. Bunun hansı formada olacağı barədə az sonra.
102-ci bazaya virtual ekskursiya
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Rusiyanın Cənubi Qafqazdakı dörd hərbi bazasından ən böyüyüdür. Xatırladaq ki, hazırda Rusiyanın Ermənistandan əlavə Azərbaycanda Qəbələ Radiolokasiya Stansiyası, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində hərbi bazaları mövcuddur.
Lent.az-ın araşdırmalarından belə məlum olub ki, 102-ci hərbi baza Rusiya Müdafiə Nazirliyinin direktivi ilə 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 3300 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. Gümrü qarnizonuna isə 128-ci motoatıcı alay, 124-cü motoatıcı alay, 988-ci zenit raket alayı (S-300 ZRK) və 992-ci artilleriya alayı tabedir. Bazanın nəzdində əlahiddə tank, kəşfiyyat, təmir, mühəndis-istehkam, radiasiya-kimyəvi və bakteroloji mühafizə taborları, tank əleyhinə divizion, radioelektron, tibb, komendant bölükləri, prokurorluq, televiziya mərkəzi və s. fəaliyyət göstərir. Ümumilikdə hərbi bazanın nəzdindəki alayların təyinatı və şəxsi heyəti aşağıdakı kimidir.
128-ci motoatıcı alay: Alay 3 motoatıcı tabor (biri PDM-2, biri BTR-80, biri isə avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23-4 «Şilka», 1 ədəd BRDM maşının bazasında «Strela» və ZU-23-2 ), özüyeriyən artilleriya divizionu («Qvozdika»), artilleriya divizionu (D-30 haubitsalar), tank bölüyü (T-72 tankları) olmaqla 750 nəfər şəxsi heyətdən ibarətdir.
124-cü motoatıcı alay: üç motoatıcı tabor (biri PDM-1, ikinci BTR-70, üçüncüsü avtotexnika), zenit divizionu (silahlanmasına ZSU-23-4 «Şilka», 1 ədəd BRDM maşının bazasında «Strela» və ZU-23-2 ), artilleriya divizionu (yüngül zirehli MT-LB transportyorunun yedəyində D-30 haubitsaları), tank bölüyü (T-72) olmaqla şəxsi heyəti 170 nəfərdir.
123-cü motoatıcı alay: üç motoatıcı tabor (biri PDM-1, ikinci BTR-70, üçüncüsü avtotexnika), zenit divizionu (silahlanmasında ZSU-23-4 «Şilka», MT-LB maşınlarının bazasında 10 ədəd «Strela» raketi və ZU-23-2 pulemyotları), artilleriya divizionu (D-30), tank bölüyü (T-72), təminat-təchizat qrupu daxil olmaqla şəxsi heyəti 550 nəfər.
988-ci zenit-raket alayı: üç batareya «Kub» zenit-raket kompleksi, tank gövdəsi üzərində iki batareya S-300 raketi (iki buraxıcı qurğuda 4 raket), olmaqla şəxsi heyəti 300 nəfərdir.
992-ci artilleriya alayı: üç batareya D-30 haubitsaları, 122 mm çaplı BM-21 «Qrad» sistemlərindən ibarət reaktiv divizion olmaqla şəxsi heyəti 150 nəfərdir.
Tank taboru: T-72 tanklarından ibarət üç bölük olmaqla şəxsi heyəti 250 nəfərdir.
Tank əleyhinə divizion: üç batareyadan ibarətdir. Batareyalardan ikisi tank əleyhinə MT-12 (100 mm çaplı) puşkalar, üçüncü isə «»Faqot» və «Konkurs» tank əleyhinə reaktiv raket kompleksi ilə silahlanıb.
3624-cü aviasiya bazası: bu bazaya 18 ədəd MiQ-29 təyyarəsi daxildir. Həmçinin radiolokasiya stansiyalarına malikdir və şəxsi heyət 200 nəfərdir.
Bundan başqa, 102-ci hərbi bazanın ştatında 50-dən 150-yə qədər şəxsi heyəti olan xüsusi taborlar və 12 nəfərlik heyətə malik radiasiya, kimyəvi və bakterioloji mühafizə taboru mövcuddur. Ümumilikdə hərbi bazada bu günə 150 ədəd PDM, o qədər BTR, təxminən 100 ədəd T-72 tankı və digər texnikaların olduğu söylənilir. Eyni zamanda 2005-2007-ci illərdə Gürcüstandakı Axalkələk və Batumi hərbi bazalarından çıxarılan silah, texnika, sursat və hərbi avadanlıqların böyük hissəsi bu bazada saxlanılır. Hərbi bazanın 3 təlim mərkəzi (poliqonu) var ki, bunlardan birincisi İrəvanın 25-30 km-də yerləşən «Nubaraşen», ikincisi Gümrünün 15-17 km məsafədə yerləşən «Kamxud», üçüncüsü isə «Alagöz» poliqonudur. «Nubaraşen»də əsasən müxtəlif atıcı silahlardan, o cümlədən tanklardan, PDM, ZSU-23-4 və minaatanlardan, «Kamxud»da digər silahlardan (nadir hallarda PDM, tank və minaatanlardan), «Alagöz»də isə artilleriya, reaktiv yaylım atəş sistemləri və tanklardan atış təlimləri keçilir.
Hərbi baza - təhlükəsizliyə qarant, yoxsa...
Ekspertlərin fikrincə, Rusiya və Ermənistan arasında imzalanmış sənəd beynəlxalq hüququn işlədiyi hallarda Azərbaycan üçün elə bir ciddi təhdid yaratmır. Birincisi ona görə ki, Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. İmzalanmış müqavilə əslində 1995-ci ildə imzalanmış müqavilənin yenilənmiş davamı hesab olunur. Bu da bilavasitə rus ekspertlərinin də dediyi kimi, «Ermənistanın ərazilərinin təhlükəsizliyinə» yönəlib. Yəni Qarabağ Azərbaycanın ərazisi kimi qəbul edildiyindən, Rusiyanın hərbi əməliyyatlar başlanacağı təqdirdə bu qüvvələri Azərbaycan ərazisində döyüş əməliyyatlarına cəlb etmək imkanları hüquqi baxımdan yoxdur. Digər tərəfdən, baza KTMT-nin Ermənistandakı «hərbi ofisi» funksiyasını oynayır. KTMT hərbi təcavüz olduqda üzvünün müdafiəsinə birgə qalxacağını bəyan etsə də bu təşkilata üzv olan ölkələrdən Belarus, Qazaxıstan və Özbəkistanın Azərbaycanla olan yüksək səviyyəli əlaqələri buradakı qüvvələrin döyüşə qatılmasının müəyyən mənada qarşısını ala biləcək.
Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev Lent.az-a açıqlamasında deyib ki, imzalanmış müqavilə yeni deyil və yeni sənəddəki müddəaların əksəriyyəti 1995-ci ildəkilərin eynidir. Yəni bununla da 102-ci hərbi bazanın şəxsi heyəti ötən 15 ildə olduğu kimi, Ermənistan ərazisinə basqın olduqda, hərbi əməliyyatlar Ermənistanın sərhədləri daxilində baş verdikdə bu ölkənin müdafiəsinə cəlb oluna bilər. Generalın sözlərinə görə, Qarabağda hərbi əməliyyatlara başlandığı təqdirdə bu hərbi bazanın şəxsi heyətinin əməliyyatlara bilavasitə qatılma ehtimalı çox azdır. Amma bunun müqabilində 102-ci bazanın texniki imkanlarından Ermənistanın yararlanması mümkündür.
Bunları yenə də «arxayınlaşdırıcı faktorlar» adlandıran ekspertlər hesab edirlər ki, müharibələrin ədalətsizlik üzərində qurulması və Gürcüstanın 2008-ci ildə yaşadıqları göz önünə alınarsa bu baza Azərbaycan üçün də ciddi təhdid də hesab oluna bilər.
Məsələn, Rusiyanın ABŞ ölkələri İnstitutunun direktor müavini Vladimir Jirikin ötən gün «Exo Moskvı» radiosuna açıqlamasında bildirib ki, Ermənistan ərazisində rus hərbi bazasının varlığı Qarabağ probleminin təkrar hərbi mərhələyə gəlməməsi üçün mühüm rola malikdir. Bu fikirdə dayanan Geopolitik Problemlər Akademiyasının rəhbəri general Leonid İvaşov isə bildirib ki, yeni müqavilə Azərbaycanın Dağlıq Qarabağ problemini hərbi yolla həll etmə riskini hiss edilən dərəcədə minimallaşdırıb.
Bölgədə ruslarsız müharibə olmayacaq
Hərbçilər ermənilərin ənənəvi provokasiya yaratma üsullarından istifadə etməklə, bu hərbi bazanı Azərbaycanla savaşa cəlb etmələri üçün bir sıra mümkün variantları da göstərirlər. Əslində söylənilənlərin adi və hamının sadə bir ehtimal olmasına baxmayaraq, reallıqda həddən artıq təhlükəli olduğunu demək mümkündür. General Dadaş Rzayev deyir ki, Ermənistan bu müqaviləni imzalamaqla, başlanacaq ikinci müharibəni öz ərazisinə keçməsinin qarşısını almaq, mümkün itkiləri azaltmaq və döyüş əməliyyatlarını da elə Azərbaycanın ərazilərində aparmaq niyyətindədir: «Yəni Ermənistanın siyasi oyunlarına qurban getmiş Qarabağdakı ermənilər elə özləri də müharibənin ağır itkilərini yaşamalı olacaqlar».
Ekspertlərin sözlərinə görə, Qarabağda müdafiə və hücum əməliyyatlarına rusları cəlb etmələri mümkünsüz olduğunu ermənilər özləri də yaxşı anlayırlar. Amma o da bəllidir ki, ermənilər hərbi əməliyyatları tək Qarabağla məhdudlaşdırmayacaqlar. Rusları döyüşlərə cəlb etmək üçün dövlət sərhədinin müəyyən nöqtələrində vəziyyət gərginləşdiriləcək. Məsələn, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax və Ağstafa rayonları istiqamətində Azərbaycan mövqelərini, yaşayış məntəqələrini Ermənistan ərazisindən daim artilleriya atəşi altında saxlamaqla qarşı tərəfi cavab atəşi açmağa vadar edəcəklər. Bu zaman təbii ki, Azərbaycan ordusunun açdığı atəşlər Ermənistan ərazisindəki düşmən qüvvələrinin susdurulmasına yönələcək. Bu da artıq üçüncü dövlətin Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisinə basqını kimi dəyərləndirilərək, Ermənistanın imzalanmış müqaviləni əsas götürüb Rusiyanı hərbi əməliyyatlara qatmasına səbəb olacaq.
Naxçıvana hücum – Üçüncü Dünya Müharibəsi
Ermənistan və Azərbaycan arasında başlanacaq ikinci müharibəyə rusların ən çox qatılma imkanları «böyük torpaq»da mümkün görünür. Avrasiya Silahsızlaşdırma və Konversiya Mərkəzinin regional məsələlər üzrə eksperti Məhəmməd İqbal Fadilin sözlərinə görə, 102-ci hərbi baza tək Azərbaycan üçün deyil, Gürcüstan üçün də başlıca təhdidlərdəndir. 2008-ci ildə baş vermiş müharibədə bu hərbi bazadan qalxan təyyarələr Gürcüstanın Marnueli rayonunu, eləcə də Tiflisdəki bəzi obyektləri bombalamışdı. Eyni zamanda Saakaşvili ilə «yola getməyən» Kremlin Gürcüstan ərazisindəki ermənilərdən istifadə etməklə bölgədə daha bir münaqişə ocağı yaratması gözlənilir. Hərbi bazının SSRİ dönəmində NATO blokunun şərqdəki yeganə ölkəsi olan Türkiyəyə qarşı yaradılmasına baxmayaraq, ekspert hazırda bu bazadakı qüvvələrin Türkiyəyə, hətta Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar başlasa belə Azərbaycanın muxtar bölgəsi olan Naxçıvana qarşı istifadəsini mümkünsüz sayır. Ekspertin sözlərinə görə, 102-ci bazanın Azərbaycan digər ərazilərində hərbi əməliyyatlara qatılma ehtimalı yüksəkdir, nəinki Naxçıvanda. Çünki mövcud beynəlxalq sənədləri əsas gətirərək Türkiyə istənilən halda Naxçıvanın təhlükəsizliyini öz üzərinə götürmə hüququna malikdir. Təbii ki, Türkiyənin hərbi əməliyyatlara qatılması, öz növbəsində Rusiyanın NATO bloku ilə qarşılaşmasına və bölgənin üçüncü dünya savaşı çıxarmasına səbəb ola bilər.
Rəşad Süleymanov

2006