Rusiya-Gürcüstan müharibəsindən qorxuya düşən ABŞ orkestri - TƏHLİL
Rumıniyanın Azərbaycandakı səfirliyinin (NATO əlaqələndirici səfirlik) təşkilatçılığı ilə Azərbaycandan bir qrup hərbi ekspert, QHT və media nümayəndəsinin NATO-nun Brüsseldəki mənzil qərargahında səfəri bu qüdrətli təşkilatı daha yaxından tanımaq üçün yaxşı fürsət oldu.
Tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinə NATO-nun beynəlxalq əməliyyatları, təhlükəsizlik siyasəti, NATO - media əlaqələri, raket əleyhinə müdafiə (RƏM) proqramı, NATO-nun tərəfdaş ölkələrlə münasibətləri, NATO - Azərbaycan əlaqələri mövzularında brifinqlər verildi, müzakirələr aparıldı.
ABŞ-ın Avropadakı orkestri
Məlumat üçün bildirək ki, Azərbaycan 1994-cü ildə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP), 1996-cı ildə Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulub. 1997-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə NATO ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılıb. 2004-cü ildə isə Azərbaycanın Fərdi Tərəfdaşlığının Əməliyyat Planının (İPAP) Təqdimat Sənədi prezident İlham Əliyev tərəfindən NATO-nun Baş katibinə təqdim edilib. 2005-ci ildə NATO İPAP proqramını təsdiq edib və Azərbaycan İPAP-a qoşulan ilk tərəfdaş ölkələrdən olub. 1999-cu ildən Azərbaycan hərbçiləri NATO-nun himayəsi altında keçirilən sülhyaratma əməliyyatlarında iştirak edirlər.
Dünyanın ən böyük hərbi-siyasi təşkilatı olan NATO-dan, eləcə də Azərbaycandan əməkdaşlıq və tərəfdaşlıqla bağlı diplomatik dildə ifadə edilən fikirlər əslində münasibətlərin görünən tərəfidir. NATO qərargahında çalışan, Alyansı müxtəlif səviyyədə təmsil edən ekspertlərin fikirləri isə tam fərqli qənaətləri ortaya qoyur.
Obrazlı şəkildə ifadə olunsa, müasir dövrün ən böyük və işlək hərbi bloku olan, aparıcı dövlətlərin birləşdiyi NATO ilə yaxından tanışlıq və daxildəki söhbətlər bu alyansı ABŞ tərəfindən köhnə qitədə yaradılmış orkestrə bənzətməyə əsas verir.
ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Türkiyə, İtaliya və İspaniya kimi böyük dövlətlərin təmsil olunduğu NATO-nun «çətiri» altına kiçik dövlətlər əslində öz təhlükəsizliklərini böyüklərin hesabına təmin etmək məqsədi ilə cəmləşiblər. Bu təəssürat olsa da, əslində həqiqətdir. Adları çəkilən ölkələrdən olan ekspertlərlə söhbətlərdən aydın olur ki, böyük dövlətlər üçün kiçiklər siyasi məsələlərdə səs çoxluğu qazanmaq, kiçiklər üçün böyüklər isə hərbi təhdidləri «çatana qədər» zərərsizləşdirmək üçün lazımdır.
Tərəfdaş ölkələr isə NATO-nun müxtəlif qitələrdən gözlənilən təhdidləri sərhədlərdən kənarda önləmək üçün vacib faktordur. Alyans ekspertləri hərbi dillə bunu «səngərin qarşısındakı mühəndis maneələri»nə bənzədirlər.
NATO-nun Cənubi Qafqaz siyasətini dəyişdirən müharibə
NATO-nun genişlənmə siyasətində Cənubi Qafqaz gələcək hədəflərdən biri olaraq görülsə də, hələ ki, Alyansın yaxın perspektivdə bu bölgəni öz çətiri altına almaq niyyəti hiss olunmur. 2008-ci ilin avqust ayınadək bu məsələdə NATO-nun aktivlik göstərdiyini deyən ekspertlər etiraf edirlər ki, Gürcüstan-Rusiya müharibəsi Alyansın qeyd olunan cinahda fəaliyyətinə yenidən baxmağa vadar edib. Ümumilikdə hazırda NATO-nun əsas siyasətinin idarə olunduğu Brüssel qərargahında «NATO-nun Cənubi Qafqaz regionunda hər hansı formada iştirakı destabilizasiya ilə nəticələnər» fikri mövcuddur və bu, açıq şəkildə Rusiya amili ilə əsaslandırılır. Məlum olduğu qədər, NATO Qafqazda genişlənmə planını hələ ki, Avropada mövcud sərhədlər çərçivəsində müdafiəni gücləndirməklə əvəzləyir.
Cənubi Qafqaz dövlətlərinin NATO ilə əməkdaşlığını fərqli qiymətləndirən Alyans ekspertləri bu məsələdə Gürcüstanın səmimi, Azərbaycanın ehtiyatlı, Ermənistanın isə ikibaşlı siyasət yeritdiyini düşünürlər. NATO Azərbaycan və Gürcüstana, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın yanında yer alan, Moskvanın faktiki əyalətinə çevrilmiş Ermənistana heç də zahirən göründüyü qədər eyni münasibət bəsləmir. Alyans ekspertləri yarı zarafat-yarı ciddi «Ermənistanı küsdürməmək üçün İrəvanla əməkdaşlıq etdiklərini» söyləyirlər.
Alyans ekspertləri hələ də Qafqaz regionunda Rusiyanın böyük təsir imkanları olduğunu hesab edir, bütün region dövlətlərinin NATO-ya yanaşmasında bu təsirlərin dəyərləndirilməsini vacib sayırlar. Əks halda, bölgədə meydana çıxacağı ehtimal olunan problemlər NATO-nun da istəyində deyil.
Bölgədəki bütün münaqişələrin həllində Rusiya önəmli faktordur
NATO-Cənubi Qafqaz münasibətlərindən bəhs edərkən Dağlıq Qarabağ münaqişəsi və bu problemin həlli istiqamətində NATO-nun mövqeyi diqqət çəkir. NATO Dağlıq Qarabağ da daxil olmaqla, bölgədəki bütün münaqişələrin həllində Rusiyanın önəmli faktor olduğunu düşünür.
NATO rəsmilərinin açıqlamalarından bəlli olduğu qədər, Alyans Ermənistan-Azərbaycan münaqişəsinin həllinə «öz probleminizi özünüz həll edin, bizi işə salmayın» prinsipindən yanaşır. Dağlıq Qarabağ münaqişəsinin iştirakçı dövlətlərin öz aralarında, Rusiyanın iştirakı ilə həlli vacib sayılır. Bu kontekstdə NATO-nun öz üzərinə sərhədlərindən kənarda əlavə yük götürmək istəyinin olmadığı aydın görünür.
Münaqişə ilə bağlı Azərbaycan və Ermənistana silah embarqosunu rəsmən dəstəkləyən NATO-da əslində bu sənədin formal olduğunu etiraf edirlər. Öyrəndiyimiz qədər, digər tərəfdən Azərbaycanın sürətlə həcmi böyüyən silah alımlarından pay əldə etmək istəyən üzv dövlətlərə NATO tərəfindən heç bir qadağa da yoxdur. Yəni, üzv dövlətlərdən hansı «sərf edərsə, sata», Azərbaycan isə «istəyirsə, ala» bilər.
Embarqo Azərbaycan və Ermənistan arasında balansı qorumaq üçün tətbiq olunur. Ərazisində iki münaqişə ocağı olan Gürcüstana isə 2008-ci ilədək belə bir qərar tətbiq edilməyib. Gürcüstan qeyd olunan dövrdə NATO ölkələrindən, o cümlədən ABŞ-dan böyük həcmdə silah və hərbi texnika satın alıb, yaxud yardım olaraq əldə edib. Alyans rəsmiləri açıq şəkildə etiraf edirlər ki, embarqonun rəsmən qaldırılması münaqişə tərəfləri arasında qüvvələr balansını Azərbaycanın xeyrinə dəyişəcək.
“Özünüz bilərsiniz” yanaşması
NATO-nun Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda keçirilən islahatlara yanaşması da fərqlidir. Rəsmi və ya qeyri-rəsmi Azərbaycana öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hər hansı təzyiqlər göstərilmədiyini bəyan edən NATO tərəfindən Azərbaycanın daha çox PfP və PAP üzrə atdığı addımlar alqışlanır. İPAP ilə bağlı isə NATO mütəxəssisləri o qədər də məmnun görünmürlər. Ümumiyyətlə, islahatlarla bağlı NATO-nun yanaşması «tərəfdaş ölkə özü bilər» prinsipinə əsaslanır. NATO Azərbaycan Silahlı Qüvvələrinə hazırda ekspert yardımları, təlim, treninqlərin keçirilməsi, kadr hazırlığı, eləcə də PfP Trust Fund xətti ilə demilitarizasiya proqramlarına dəstək verir.
NATO-nun Azərbaycan və İran arasında son dönəmlərdə kəskinləşən münasibətlərlə bağlı mövqeyi də maraq doğurur. İran məsələsində ümumilikdə İngiltərə və Fransa kimi böyük ölkələr Vaşinqtonun mövqeyindən çıxış etsə də, Almaniya, Türkiyə kimi ölkələrin fərqli və fərdi yanaşmaları mövcuddur. Azərbaycan-İran münasibətlərinə də NATO «İki qonşu ölkə özü bilər» prizmasından yanaşır və ölkələr arasında dəyişən, gərginləşən münasibətlər o qədər də ciddi qarşılanmır. İran-Azərbaycan məsələsində örtülü şəkildə «bu məsələ ilə regionun öz polisi məşğul olur» ifadəsi diqqətə çatdırılır.
NATO-nun iki prioritetindən biri...
NATO-nun son illərdə prioritetləri sırasına daxil etdiyi iki vacib məsələdən (birinci kiber təhlükəsizlik) biri olan enerji təhlükəsizliyi 2008-2009-cu illərin qışında yaşanmış problemlərdən sonra daha da aktuallaşıb. Son NATO sammitlərində yekun qətnamələrdə də bu məsələnin xüsusilə vurğulanmasına başlanıb. NATO enerji təhlükəsizliyinə üç aspektdən yanaşır: enerji dəhlizlərinin diversifikasiyası, yeni, alternativ mənbələrin tədqiqi və istifadəsi, mövcud sərhədlər çərçivəsində enerji infrastrukturunun fiziki təhlükəsizliyinin qurulması.
Ümumiyyətlə, enerji təhlükəsizliyi məsələsində NATO Avropa Birliyi ilə eyni mövqeni bölüşür. NATO yaxın perspektivdə alyansa üzv ölkələrin enerji təchizatında bu istiqamətləri prioritet olaraq görür: Şimali Afrika - Aralıq dənizi - Avropa, Ərəb yarımadası - Suriya - Aralıq dənizi (yaxud Türkiyə) - Avropa, Xəzər - Cənubi Qafqaz - Avropa (Qara dəniz və Türkiyədən keçməklə), Norveç-Avropa, Rusiya-Avropa və nə qədər inandırıcı olmasa da İran - Türkiyə - Avropa. Sonuncu təbii ki, bir qədər uzaq gələcəyin hədəfləri arasında yer alır. Qeyd olunan marşrutlardan Rusiya-Avropa siyasi baxımdan çox riskli hesab edildiyindən NATO ölkələri bunu alternativ marşrutlarla əvəzlənməsi istiqamətində səylər göstərməkdədir. Xəzər-Cənubi Qafqaz marşrutu da qismən riskli hesab olunur. Burada isə risk olaraq əsasən siyasi və fiziki təhdidlər xüsusi vurğulanmaqdadır.
NATO-nun ümumilikdə enerji təhlükəsizliyində iştirak edən tərəfdaş ölkələrin ayrılıqda özlərinin təhlükəsizliyinin təmin olunması barədə birmənalı qərarı demək olar ki, yoxdur. Bu məsələdə isə daha çox «biz siyasi dəstək veririk» ifadəsi işlədilir.
Əfqanıstan əməliyyatı
Əfqanıstan əməliyyatı NATO-nun tarixində Avropa qitəsindən kənarda həyata keçirilmiş ilk hərbi əməliyyatdır. Növbəti ildən etibarən öz hərbi qüvvələrini Əfqanıstandan çıxarmağa başlayacaq NATO bununla belə, hələ bir neçə il Əfqanıstanda qalmağı planlaşdırır. Əfqanıstanın NATO-dan sonrakı dövrü üçün ciddi səylər müşahidə olunur. NATO bu məsələdə tərəfdaş ölkələrin imkanlarından daha çox yararlanmaq niyyətindədir. Bununla bağlı artıq ayrıca proqram da hazırlanır. Əfqanıstandan çıxış marşrutu axtarışına çıxan NATO-da hesab edirlər ki, bu kontekstdə Cənubi Qafqaz dəhlizi ən real variantlardandır. Mərkəzi Asiya-Rusiya marşrutundan həm qısa, həm də az xərcli. Paradoksal olsa da, bir zamanlar ermənilərin mövqeyini müdafiə edib Bakı-Tiflis-Qars dəmir yolu layihəsinə qarşı çıxan Avropa dövlətləri, indi Əfqanıstandan çıxmaq üçün bu yolun hazır olmasını gözləyir.
Əfqanıstan məsələsinə NATO-nun yanaşmasında maraqlı bir neçə məqam ortaya çıxır. Birincisi, NATO Əfqanıstanda uğur qazanmadığını deyir, lakin məğlubiyyətini etiraf etmək istəmir. İkincisi, NATO Əfqanıstanda problemin artıq əvvəlki illərdən fərqli olaraq dini münaqişə zəminində davam etdiyini etiraf etməyə başlayıb. Ən maraqlısı odur ki, Əfqanıstanda yerli əhali ilə münasibətlərin kəskinləşməsində NATO öz əsgərlərin yerli insanlarla münasibətlərinin düzgün qurmadığı fikirlərini hələ də qəbul, nə də istisna etmir.
NATO-nun gündəmini zəbt etmiş məsələ
Soyuq müharibə dövründən gündəmdə olan raket əleyhinə müdafiə sisteminin (RƏM) yaradılması son illərdə NATO-nun gündəmində əsas yeri zəbt etmiş məsələlərdən biridir. NATO-nun Ballistik Raketdən Müdafiə Proqramının ekspertlərinin təqdimatları, eləcə də cavabları bu proqramın mövcud mərhələdə Avropadakı üzvləri deyil, Amerikanı Avrasiya materikindən gözlənilən təhdidlərdən qorumağa hesablandığını deməyə əsas verir. NATO birbaşa iştirak etmək niyyətində olmasa da, sərhədlərindən kənarda tərəfdaş ölkələrin öz imkanları hesabına RƏM sistemini yaratmasını dəstəkləyir.

1617