Söyün Sadıqov: “Ara Abramyan mənə dedi ki...” - QALMAQAL
0
0
Bu barədə Lent.az-a açıqlamasında “Azərros” Federal Milli Mədəni Muxtariyyatının prezidenti Söyün Sadıqov bildirib.
Xatırladaq ki, bu gün bir sıra Ermənistan xəbər agentlikləri Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyanın qondarma “DQR”-in tanınması ilə bağlı Avstraliyanın Yeni Cənubi Uels ştatının qubernatoruna və senatına təşəkkür məktubu göndərməsi barədə xəbər yayıb. Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin adından göndərilən təbrikdə adıgedən ştatın parlament üzvlərinə “bu böyük cəsarətə görə” minnətdarlıq bildirilir.
Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən hər iki qurumun rəhbəri oktyabrın 22-də Moskvadakı “Prezident-otel”də bir araya gələrək erməni və Azərbaycan cəmiyyətləri arasında sülhün bərqərar olması barədə müzakirələr aparmışdılar. Tədbirdə qərara alınmışdı ki, tərəflər noyabrın 16-da daha geniş tərkibdə görüşsünlər.
Sülhdən danışan tərəflərdən birinin - Ara Abramyanın qəfil belə separatçı addım atması ilə bağlı onunla birgə sülh təşəbbüslərində bulunan Söyün Sadıqovla əlaqə saxladıq. “Azərros” prezidenti bildirdi ki, bu haqda eşidərkən onun özü də təəccüblənib.
“Dərhal Abramyanla əlaqə saxladım. O, mənə bildirdi ki, Ermənistanda bəzi radikal qüvvələr ona qarşı təxribatla məşğuldurlar. Mənə dedi ki, heç kimə, heç bir dövlətə belə məzmunda məktub yazmayıb” – deyə Sadıqov bildirdi.
Səbuhi Məmmədli