“Ramil Səfərov işi” adlı müzakirələrin pərdəarxası rejisssorları var”-ÇIXIŞ
01 oktyabr 2012 23:49 (UTC +04:00)

“Ramil Səfərov işi” adlı müzakirələrin pərdəarxası rejisssorları var”-ÇIXIŞ

“İslami dəyərlərə edilmiş həqarətin yaratdığı gərginlik və qarşıdurmalar, bunun doğruracı nəticələrin müzakirəsi barədə AŞ PA-nın payız sessiyasının gündəliyində heç bir müzakirə nəzərdə tutulmayıb”.

APA-nın Avropa Şurasındakı müxbirinin məlumatına görə, bunu AŞ PA-nın payız sessiyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, AŞPA Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış münaqişənin qurbanı olan Ramil Səfərovla bağlı məsələni müzakirə etsə də, Dağlıq Qarabağ münaqişəsinə toxunmamağı şərt qoyur: “ Amma Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla Ermənistanın həlak olmuş zabiti arasındakı olayda hər iki cavan qurbanlardır. Onlar amansız müharibənin, çirkin siyasətin, iki ölkə arasında kənar qüvvələrin təşkil və idarə etdiyi, tamamlanmasına imkan vermədiyi münaqişənin qurbanlarıdır. Bu gənclərdən biri 9 il əvvəl həyatını itirib, digəri 9 ildir azadlıqdan məhrum olunub. 20 ildən artıq davam edən hərbi münaqişəsi zamanı isə yüzlərlə belə gənclər həlak olub. Münaqişə bitmədikcə, Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan torpağından çıxmayınca, 1 milyona yaxın Azərbaycan insanı qaçqın və məcburi köçkün həyatı yaşadıqca, Ermənistan dövlət terrorizmi siyasəti ilə idarə edildikcə yeni-yeni faciələrin baş verməsi ehtimalı hər an olacaq”.

Millət vəkili Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda “Ramil Səfərov işi” adlı müzakirələrin keçirilməsinin vahid mərkəzdən təşkil olunub, maliyyələşdirilib, istiqamətləndirildiyini də deyib: “Pərdə arxasındakı rejissorları əslində nə erməni zabitinin ölümü, nə Azərbycan zabitinin 9 il həbsdən sonra əfv edilməsi maraqlandırır. Onlar maraqlıdırlar ki, münaqişə bitməsin, əksinə davam edib dərinləşsin. Çünki bundan milyardlar qazanırlar. Ermənistanın zəbt etdiyi və hər cür beynəlxalq nəzarətdən kənar olan Azərbaycan ərazilərində işğalçı qüvvələr narkotiklərin yetişdirilməsi və tranziti üçün son dərəcə münasib məkan qazanıblar. Belə gəlir mənbəyini əldən verməməkçün erməni lobbisi, onlarla əlbir olan qüvvələr minlərlə erməni və Azərbaycan zabitini tərəddüd etmədən qurban verərələr. Ramil Səfərov törətdiyi əməlin cəzasını alıb, həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyi çərçivəsində heç bir hüquq pozuntusuna yol verilmədən nəhayət ki, azad edilib. Bu artıq tarixin arxada qalan səhifəsidir. Yüz müzakirə və hay-küylə daha bu qərarı dəyişmək mümkün deyil. Amma Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsi hələ tarix deyil, bitməyib, 1 milyona yaxın azərbaycanlı faciəli qaçqın, məcburi köçkün həyatını yaşamaqda davam edir, ağır iqtisadi tənəzzül vəziyyətində olan Ermənistan əhlisinin güzəranı gün-gündən pisləşir, dözülməz həyat şəriti üzündən hər il yüz mindən artıq insan Ermənistanı tərk edir, tarixi ənənələri olan bir ölkə idarəediciləri tərəfindən iflas girdabına sürüklənir. Bu gün aktual olan, müzakirəyə çıxarılmağa, cavab axtarılmağa layiq olan bu mövzular, bu suallardır. Kim ki, bu əsas, vacib, həyati əhəmiyyətli məsələlərin daim gündəlikdə olub müzakirələrinin aparılmasının qarşısını alır, ikinci dərəcəli məsələlərin müzakirəsi ilə ictimaiyyəti çaşdırmağa cəhd edir, onlar Azəbaycanın da, Ermənistanın da bədxahlarıdır. Və həmin hiyləgər bədxahlar da imkan vermirlər ki, Azərbaycanla Ermənistan üz-üzə oturub, başqalarının müdaxiləsi olmadan öz problemlərini həll etsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310

Oxşar yazılar