"Ermənilər buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb" - Müdafiə Nazirliyi
29 oktyabr 2020 11:28 (UTC +04:00)

"Ermənilər buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb" - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılır:

"Ermənistanın hərbi rəhbərliyi də artıq buraxdıqları səhvləri etiraf etmək məcburiyyətində qalıb. Onlar düşdükləri ağır vəziyyətlə barışmağa məcburdurlar.

Biz torpaqlarımızı azad etdikcə düşmənin xeyli sayda silah-sursatını qənimət kimi götürürük.

Beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozan Ermənistan silahlı qüvvələri dinc sakinləri və mülki infrastrukturı  hədəfə alır.

Azərbaycan Ordusunun qarşısında yalnız bir tapşırıq var – mülki insanlara ziyan vurmadan ancaq hərbi obyektlərə zərbə endirməklə torpaqları işğaldan azad etmək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Mehman Nəbiyev

Oxşar yazılar