“Döyüş meydanında qalmış 30-a yaxın erməni hərbçinin meyiti bu gün Ermənistana verilib” - RƏSMİ
29 oktyabr 2020 13:58 (UTC +04:00)

“Döyüş meydanında qalmış 30-a yaxın erməni hərbçinin meyiti bu gün Ermənistana verilib” - RƏSMİ

“Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda olan erməni əsgər və zabitlərinin meyitlərinin və iki nəfər yaşlı erməninin Ermənistan tərəfə təhvil verilməsi ilə bağlı humanitar təşəbbüs irəli sürülüb”.

APA-nın yerli müxbirinin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, Azərbaycanın oktyabrın 18-dən belə bir təşəbbüs irəli sürməsinə baxmayaraq, Ermənistan tərəfi bu təşəbbüsə cavab verməyib: “ Bu gün isə bu proses baş tutdu, 30 erməni meyiti və yaşlı ermənilərdən biri Ermənistan tərəfinə təhvil verildi. Ermənistan-Azərbaycan sərhədinin Tovuz-Qazax istiqamətində humanitar koridor yaradıldı və meyitlər, yaşlı şəxs təhvil verildi”.

H. Hacıyev bildirib ki, Azərbaycan humanitar koridorun yaradılması və humanitar təşəbbüsün icrasında göstərdiyi dəstəyə görə, Rusiya Müdafiə Nazirliyinə və şəxsən müdafiə naziri Sergey Şoyquya öz təşəkkürünü bildirir: “Həmçinin, bu əlaqələndirmənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə, Beynəxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinə və əməkdaşlarına təşəkkürümüzü bildiririk. Bu bir daha Azərbaycanın beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarına sadiqliyinin sübutudur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024
avatar

Oxşar yazılar