“Ermənilər bir daha özlərinin təcavüzkar mahiyyətlərini üzə çıxardılar və bir daha bütün dünyaya sübut olundu ki, bu insanlar üçün heç bir mənəvi prinsip yoxdur”.
Bunu Lent.az-a açıqlamasında ilahiyyatçı - din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini sədri Hacı Şahin həsənli deyib.
O bildirib ki, ermənilər bütün beynəlxalq qanunları, mənəvi prinsipləri tapdalayaraq, Gəncədə dinc sakinləri raket atəşinə tutdular: “Gəncədə günahsız insanlar dünyasını dəyişdi. Uşaqlar və qadınlar yaralandı. Bu hadisə bir daha ermənilərin çirkin mahiyyətini üzə çıxarır. Bütün dünya da bunu görməlidir, biz bu həqiqətləri dünyaya çatdırmalıyıq”.
Ş.Həsənli vurğulayıb ki, bu münaqişədə söhbət iki ordunun vuruşmasından getmir, biz qəddar bir düşmənlə üz-üzə dayanmışıq: “Öz çirkin niyyətinə çatmaq üçün istənilən vasitəyə əl atan bir düşmənlə üz-üzə dayanmışıq. Bu əməl bütün insani qaydalara ziddir. İlahi qayda-qanunların tapdalanmasıdır. Günahsız bir insanın öldürülməsi, “Qurani-Kərim”də buyrulduğu kimi, bütün bəşəriyyətin öldürülməsi kimidr. Yəni, bir insanı günahsız yerə öldürən sanki bütün insanlığı məhv etmiş sayılır. Ermənilər də bəşəriyyət düşmənidir. Onlar insanlıq düşməni olduqlarını bir daha ortaya qoydu. Ona görə bütün dünya bilsin ki, Azərbaycan təkcə öz torpaqlarının azadlığı uğrunda vuruşmur. Həm də bütün bəşəriyyətə xidmət edir. Çünki bu qaniçən faşistlər bütün bəşəriyyətin düşmənidir və bizim ordumuz onlara "dur" deməklə bütün sülhsevər insanlığa, bəşəriyyətə ən böyük xidmətini etmiş olur”.