Yumurta yemək sizi daha  AĞILLI EDƏCƏK
15 dekabr 2022 09:09 (UTC +04:00)

Yumurta yemək sizi daha AĞILLI EDƏCƏK

Yumurtanın tərkibində beynin idrak funksiyalarını yaxşılaşdıran bir protein var. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, elə bu səbəbdən gün ərzində yumurta yemək daha ağıllı olmağa kömək edir

Məlumata görə, 18-75 yaşlı insanların yumurta istehlakı ilə bağlı aparılan araşdırma nəticəsində məluma olub ki, yumurta yemək daha ağıllı olmağa kömək edir. Xüsusən, icraçı kateqoriyada idrak funksiyalarının keyfiyyətini yaxşılaşdırır. 

Yumurtalar, daha doğrusu, onlarda olan NWT-03 zülalı insanın siqnallara reaksiyasını sürətləndirərək koqnitiv funksiyanı yaxşılaşdıra bilər.

Mütəxəssislər yumurtaların tərkibində beynin vəziyyətinə və fəaliyyətinə müsbət təsir göstərən digər komponentlərin də olduğunu da qeyd edirlər. Konkret olaraq, yumurta sarısı mərkəzi sinir sisteminin funksiyalarına müsbət təsiri dəfələrlə təsdiqlənmiş xolin, lutein, zeaksantinlə zəngindir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar