Yeniyetmə ananın körpəsində hansı problemlər ola bilər? - CAVAB
15 may 2023 17:09 (UTC +04:00)

Yeniyetmə ananın körpəsində hansı problemlər ola bilər? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu yeniyetmələrin hamiləliyi ilə bağlıdır.

Erkən nikah nikahda olan fərdlərə, onların uşaqlarına, ümumilikdə ailə institutuna (sisteminə) və bütövlükdə cəmiyyətə mənfi təsir göstərir. Erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən və inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər.

Bəs, yeniyetmə ananın körpəsində hansı problemlər ola bilər?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Afət Məmmədova danışıb. 

Onun sözlərinə görə, ananın fiziki problemləri səbəbindən doğulan uşaqların azçəkili olması ehtimalı daha yüksəkdir və bununla bağlı onların xəstələnmə ehtimalı da artır:

"Əhəmiyyətli amillərdən biri də demək olar ki, özü uşaq olan anaların körpələri böyütmək üçün kifayət qədər bilik və bacarıqlarının olmamasıdır. Bu qadınların reproduktiv sağlamlıq haqqında əsas məlumatlarının yoxluğu, çatışmaması, cinsi münasibətləri müzakirə etmək bacarıqlarının olmaması özlərinin, eyni zamanda körpələrinin sağlamlığına ciddi təhlükə yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Fidan İlqar

Oxşar yazılar