Yatmazdan əvvəl yemək qanda insulinin kəskin artmasına səbəb olur.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə dietoloq-terapevt Olqa Luşnikova deyib.
Dietoloq qeyd edib ki, insan orqanizmi gündüz saatlarında kalorilərin əsas hissəsini istehlak etmək üçün yaradılıb. Eyni zamanda, yatmazdan əvvəl yemək yemək, xüsusən də, çox miqdarda karbohidratlar olduqda, qanda insulin səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə, yuxunun keyfiyyətinə təsir edəcək. Çünki bədən üçün lazım olan melatonin və somatotropin hormonlarının istehsalına maneə törədəcək.
Digər dietoloq Natalia Gridinanın sözlərinə görə isə axşam yeməyində zülalla zəngin qidalar, tərəvəz və meyvələr, həmçinin kəsmik və dənli bitkilər yemək daha yaxşıdır. Bu qidaların tərkibində melatonin istehsalına əlaverişli olan amin turşusu olan triptofan var.
Eyni zamanda, Gridina yatmazdan 2 saat əvvələdək yeməyi məsləhət görüb.