Yaşlıların qida rasionunda ən vacib MƏHSUL
20 yanvar 2023 19:46 (UTC +04:00)

Yaşlıların qida rasionunda ən vacib MƏHSUL

Yaşlıların pəhrizində lazım olan ən vacib məhsul açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təqaüdçülər öz sağlamlıqlarına məsuliyyətli yanaşmalı və pəhrizlərinə diqqət etməlidir.

Bədənin vəziyyəti düzgün qidaları seçməklə gücləndirilə bilər. Mütəxəssis Daria Rusakova qeyd edib ki, yaşlı kişi və qadınların menyusunda mütləq kəsmik olmalıdır.

Bu məhsul osteoporozun qarşısını almağa və əzələ kütləsini saxlamağa kömək edir. Bundan əlavə, kəsmikin diş minasını gücləndirmək üçün faydalı olduğunu da nəzərə almaq lazımdır.

Dietoloq yağ tərkibi 2-5 faiz arasında olan kəsmik seçməyi tövsiyə edib. Porsiya kiçik olmalıdır. Bu məhsuldan yalnız 50-100 qram yemək kifayətdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2901
avatar

Fidan İlqar

Oxşar yazılar