Yaponlar uzunömürlülüyün sirrini açdı
29 iyul 2023 16:40 (UTC +04:00)

Yaponlar uzunömürlülüyün sirrini açdı

Yapon alimlər bu ölkənin uzunömürlü olmasının sirrini araşdırıblar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu xalq süddən ümumiyyətlə istifadə etmir.

1981-ci ildə aparılmış araşdırmaya görə, Asiya xalqlarının 90 faizi laktozanı həzm edə bilmir.

Bu onların orqanizmində laktozanı bölmək üçün lazım olan fermentlərin çatışmazlığından irəli gəlir.

Yaponların rasionunda paxlalı bitkilər, soya, dəniz məhsulları, düyü, yaşıl çay üstünlük təşkil edir. Bu məhsullar zülal, mineral və vitaminlərlə zəngindir. Meyvə, tərəvəz, balıq məhsullarını çox, yağ və piyi isə yox dərəcəsində istifadə edirlər.

Bu da ürək damar sisteminin sağlamlığına çox müsbət təsir edir, şəkərli diabet, hipertoniya kimi xəstəliklərin yaranmasının qarşısını alır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar