Xoşbəxt və sağlam həyatın qızıl qaydaları - MƏSLƏHƏT
10 aprel 2024 05:47 (UTC +04:00)

Xoşbəxt və sağlam həyatın qızıl qaydaları - MƏSLƏHƏT

Sağlamlıq qiymətsiz bir sərvətdir, lakin dəyəri çox vaxt itirildikdə dərk edilir. Sağlam yaşam üçün zərərli vərdişlərdən imtina edib düzgün davranışlar formalaşdırmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il aprelin 7-13-də “Ümumdünya Sağlamlıq Həftəsi” kimi qeyd olunur. Bütün dünyada sağlam həyata diqqət çəkmək üçün həftə ərzində müxtəlif tədbirlər həyata keçirilir.

Lent.az xəbər verir ki, bu bu səbəbdən Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Endikrinologiya və Metabolik Xəstəliklər şöbəsinin müəllimi Eren İmre bəzi tövsiyələrlə çıxış edib. 

Zərərli vərdişlərdən imtina edilməlidir. Alkoqol istehlakını məhdudlaşdırmaq və ya ondan tamamilə imtina etmək qaraciyər, ürək və digər orqanlar üçün faydalıdır. Bundan başqa, siqaretdən uzaq durmaq da əhəmiyyətli amildir. Çünki siqaret ağciyər xərçəngi, ürək xəstəlikləri və bir çox sağlamlıq problemlərinə səbəb olur. 

Balanslı və sağlam pəhriz. Sağlam və balanslaşdırılmış qidalanma orqanizmə lazım olan vitaminləri, mineralları və digər qidaları almağa kömək edir. 

Sağlam davranışlar inkişaf etdirilməlidir. Daimi idman etmək əhəmiyyətlidir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək əzələləri gücləndirir və elastikliyi artırır. Burada zehni fəaliyyətlər də önəmlidir. Buna görə də, tapmacalar həll etmək, kitab oxumaq, yeni bir dil öyrənmək tövsiyə olunur. 

Daimi yuxu mütləqdir. Bədənin dincəlməsi və yenilənməsi üçün gündə 7-9 saat arasında nizamlı yatmaq kifayətdir. Stressi azaltmaq üçün meditasiya, dərin nəfəs məşqləri və yoqa etmək faydalıdır.

 

# 2061
avatar

Oxşar yazılar