Xolesterin  səviyyəsini aşağı salan İÇKİ
15 iyul 2024 10:27 (UTC +04:00)

Xolesterin səviyyəsini aşağı salan İÇKİ

Xolesterol səviyyəsinə nəzarət etmədən ürək sağlamlığınıza diqqət yetirmək mümkün deyil. 

Lent.az xəbər verir ki, həddindən artıq xolesterin ürək xəstəliklərinə və digər ciddi problemlərə səbəb ola bilər.

Yüksək xolesterol ilə əlaqəli ən çox görülən problemlərdən biri tıxanmış damarlardır. Bu da sağlamlıq üçün son dərəcə mənfi nəticələrə səbəb ola bilər.

Yüksək xolesterol irsi ola bilsə də, vəziyyəti yaxşılaşdırmağa kömək edən qidalar var.

Həkimlər bildirir ki, xolesterolu azaltmaq üçün ən yaxşı içkilərdən biri təmiz portağal suyudur.

O qeyd edib ki, müntəzəm olaraq təbii portağal şirəsi içmək ümumi xolesterol səviyyəsinin, həmçinin "pis" LDL xolesterinin səviyyəsinin azalmasına kömək edir. Bundan əlavə, bu içki "yaxşı" HDL xolesterinin səviyyəsini artırmağa yardım edə bilər.

Hər gün portağal suyu içmək ümumi xolesterol səviyyəsini aşağı salmağa kömək edə bilər.

Şəkər əlavə edilməmiş portağal suyu bədəni əsas qida maddələri ilə təmin edərək ümumi sağlamlığı qorumaq üçün əla içkidir. Portağal şirəsi vitamin və minerallarla zəngin təbii şirin, yağsız, natriumsuz içkidir. 

Qeyd edilir ki, bütün sağlamlıq faydalarını əldə etmək və xolesterol səviyyəsini aşağı salmaq üçün şəkər əlavə edilməmiş portağal suyu seçməlisiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Sevinc Fərid

Oxşar yazılar