Xərçəngin müalicəsi zamanı  ürəyin zədələnməsinin   SƏBƏBİ
04 may 2023 01:01 (UTC +04:00)

Xərçəngin müalicəsi zamanı ürəyin zədələnməsinin SƏBƏBİ

Alimlər qanda bir sıra ürək xəstəliklərinin və xüsusilə ürək çatışmazlığının inkişaf riskinin artması ilə əlaqəli 33 zülal müəyyən ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xərçəngin müalicəsi insan sağlamlığını daha da pisləşdirən bir çox mənfi nəticələrə gətirib çıxarır.

Bununla belə, London Universitet Kollecinin alimləri bu yan təsirlərdən, yəni ürək zədələnməsindən və ya kardiotoksiklikdən qaçmaq üçün bir yol tapıblar. 
 
Qeyd olunub ki, kardiotoksiklik bəzi xərçəng növlərinin müalicəsi nəticəsində ürəyin zədələnməsidir. Bu yan təsir xərçəng müalicəsinin bitməsindən bir neçə il sonra görünə bilər. Bu zədə ürəyin normal qan pompalamasına mane olur, buna görə də ürək çatışmazlığı yaranır.
 
Tədqiqatçılar qanda ürək çatışmazlığı da daxil olmaqla bir sıra ürək xəstəliklərinin inkişaf riskinin artması ilə əlaqəli 33 zülal müəyyən ediblər.
 
"Tədqiqatımızda tapdığımız zülallar gələcəkdə belə bir dərmanın inkişafını sürətləndirməyə kömək edəcək ki, yeni müalicə üsulları təkcə xərçəng deyil, həm də ürək xəstəlikləri üçün istifadə edilə bilər. Hazırlanmaqda olan dərmanın məqsədi ürəyə hər hansı bir zərər verməməkdir",  - tədqiqatçı Florian Şmidt bildirib.
 
Onun sözlərinə görə, yeni kəşf normal zülallara müdaxilə etməyəcək xərçəng dərmanı, eləcə də ürəyində nasazlıq olan insanlara zərər verməyəcək dərmanlar hazırlamağa kömək edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Fidan İlqar

Oxşar yazılar