Xərçəngin müalicəsi üçün işıq saçan kapsullar yaradıldı
04 avqust 2022 19:42 (UTC +04:00)

Xərçəngin müalicəsi üçün işıq saçan kapsullar yaradıldı

Xərçəng şişlərinin diaqnostikası və effektiv müalicəsi üçün kapsullar hazırlanıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın Seçenov Universitetinin alimləri açıqllamasında bildirilib. 

Tədqiqatçılar şişlərə dərman çatdırılması üçün polimer çoxqatlı kapsulların yaradılması sxemini işləyiblər.

Preparatın üst qatına isə şiş hüceyrələri ilə qarşılıqlı əlaqədə olduqda müəyyən rəngdə işıq saçmağa başlayan flüoresan yarımkeçirici nanokristalların əlavə edilməsi planlaşdırılıb. Bu üsulla hüceyrələrin vizuallaşdırılması və monitorinqi həyata keçiriləcək.

Qeyd edilib ki, kapsulların artıq klinik tədqiqatlarına başlanılıb, insanlar üzərində sınaqlara isə gələn il keçmək planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2280
avatar

Oxşar yazılar