Xərçəngin hansı növü insanı öldürmür ?
04 fevral 2023 11:53 (UTC +04:00)

Xərçəngin hansı növü insanı öldürmür?

Xərçəng xəstəliyi dövrümüzün ən ağır və çox yayılan xəstəliklərindəndir. Bir çox insanın qorxulu yuxusuna çevrilən xərçəng xəstəliyinin müasir tibbdə hələ ki, tam bir müalicəsi yoxdur.

Bəs xərçəng xəstəliyinin hansı növləri insanı öldürmür?

Lent.az-ın məlumatına görə, 5 illik araşdırmaların nəticəsində üzə çıxıb ki, bunlar sinə, prostat, testis, tiroid, dəri xərçəngi, uşaqlıq ağzı və immun sisteminin hüceyrələrindəki xərçəng xəstəlikləridir.

Sinə xərçəngi qadınlarda ən çox yayılmış növdür. Hesablamalara görə, bu xəstəlik 89.7 faiz % insanı öldürmür. Buna görə də 25 yaşdan yuxarı qadınların ildə bir dəfə həkim müayinəsindən keçməsi tövsiyə olunur.

Kişilərdə yayılan təhlükəli xəsəliklərdən biri də prostat xərçəngidir. Bu xəstəlik doğru müalicə ilə sağala bilər. Prostat xərçəngi insanı 99 faiz öldürmür. Təbii ki, xəstəliyin ağır olub-olmamasını öyrənəndən sonra yaşamaq şansınızın nə qədər olduğu təxmin edilir.

Bundan başqa, kişilərdə testis xərçəngi də eyni faiz dərəcəsi ilə ölçülür. Yəni, 99 faiz düzgün müalicə aldıqdan sonra yaşamaq şansınız olur. Erkən vaxtlarda əməliyyatla xərçəng hüceyrələri götürülür. Bundan əlavə, kimya-terapiya ilə də sağalmaq mümkündür.

Tiroid xərçəngi boyun hissədə yaranır. Bu xəstəlik müalicə olunarsa, 98-100 faiz insanı öldürmür. Yavaş-yavaş böyüyür və müalicəsinə çox vaxt sərf olunur. Xəstəlik çox yayılarsa, həmin bez əməliyyatla götürülür.

Dəri xərçəngi də dövrümüzdə çox yayılıb və 1A, 1B mərhələləri var. Bu xəstəlik 92-97 faiz göstəricisi ilə insanı öldürmür.

Uşaqlıq ağzı xərçəngində düzgün müalicə və edilən uğurlu əməliyyatlar nəticəsində yaşamaq şansı 90 faizdir. Ancaq həkim müayinəsindən keçəndən sonra üzərinə tez düşülərsə, faiz dərəcəsi bir o qədər yüksək olar.

İmmun sisteminin hüceyrələrində yaranan xərçəng xəstəliyi insanı öldürməyən xəstəliklər arasındadır. Bu xəstəlik hər yaşda özünü büruzə verə bilər. Bunun müalicəsi immun-terapiya ilə mümkündür. Bu zaman insanın yaşama şansı 90 faizə qədər ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

Nigar Namiq

Oxşar yazılar