Xərçəngə düşmən, gözəlliyə dost, qanazlığına çarə olan TUT
08 iyun 2024 19:29 (UTC +04:00)

Xərçəngə düşmən, gözəlliyə dost, qanazlığına çarə olan TUT

İndi tut mövsümüdür. Çoxları bərəkəti aşıb daşan tut ağaclarının dibinə tökülüb turşuyan meyvələrindən şikayət edirlər. Amma əslində necə bir nemətin tanrı tərəfindən hədiyyə olunmasından xəbərsizdirlər. 

Lent.az tut bitkisinin və meyvəsinin faydalarından bəhs edir.

Deyilənə görə, tut ağacının ilkin vətəni Uzaq Şərq ölkələri - Çin və Yaponiyadır. Meyvənin 11 növü məlumdur. Bizə tutun ağı, bir də qarası tanışdır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Hər iki növ bütün rayonlarımızda geniş yayılıb.

Tibb elmi bildirir ki, əgər qanazlığınız varsa, ağ tut və qara tut yeyin: dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin.

Bir neçə il əvvəl alimlər açıqlamasında bildirib ki, ağ tut orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.

İstər təzə istərsə də, qurudulmuş tutu tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir. Hətta rənginin fərqli olmasından asılı olmayaraq, tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir.

Qaraciyəri təmizləməyi bacaran tut, əlbəttə ki, ürək, qan-damar sağlığını da qoruyur. Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, qanın ürəyə normal işləməsini təmin edir. Nəticədə ürək yorulmur. Tut infarkt riskini azaldır, iflici önləyir.

Tibb mütəxəsisslərinin dediyinə görə, tut şirəsi insanın gözləri üçün çox faydalıdır. Retinapatiya və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir. 20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.

Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb olar. Xüsusən, prostat xərçənginə qarşı çox təsirlidir.

Çox insanlar tut şirin olduğu üçün diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum olub ki, tut qanda qlükoza səviyyəsini düşürür. Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska etmək dərini gözəlləşdirir. Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinə vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22287
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar