Uzunömürlü və sağlam olmaq üçün bu balıq növünü YEYİN
05 may 2023 09:09 (UTC +04:00)

Uzunömürlü və sağlam olmaq üçün bu balıq növünü YEYİN

Dəniz balıqlarında olan yüksək omeqa-3 yağ turşularının çatışmazlığı insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola və ömrü qısalda bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər omeqa-3-ün aşağı səviyyədə olması  ürək xəstəlikləri, Alzheimer, o cümlədən digər xəstəliklərin yaranmasına təkan verdiyini müəyyən ediblər.

Bu, ABŞ-ın Massaçusets ştatının Framingham sakinlərinin bir neçə nəsillərinin ürək-damar sisteminin uzunmüddətli tibbi tədqiqatıdır. Elm adamları, FHS-ə görə, qanda yüksək səviyyədə omeqa-3 yağ turşuları olan yaşlı insanların ölüm riskinin daha az olduğunu aşkar ediblər. Omeqa-3 yağ turşusu çox olan kişilərdə 15%, qadınlarda isə 18% ölüm riski azalıb.

Amerika Kardiologiya Kollecinə görə həftədə ən azı iki dəfə dəniz balığı yemək infarkt və insult riskini azalda bilər. Xüsusilə, bu maddə ilə çox zəngin olan qızılbalıq (somon) və siyənək balığı yemək tövsiyə olunur.

Harvard Xalq Sağlamlığı Məktəbinin araşdırmasına görə, qanda yüksək omeqa-3 yağ turşuları olan insanlar, omeqa-3 səviyyəsi aşağı olan insanlardan orta hesabla 2,2 il daha çox yaşayırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Fidan İlqar

Oxşar yazılar