Apendisitin məkrliliyi ondan ibarətdir ki, onun simptomları tez-tez digər patologiyaların təzahürü kimi maskalanır. Bundan əlavə, onlar appendiksin yerindən, iltihabın şiddətindən və hətta uşağın yaşından asılı olaraq dəyişir.
Lent.az xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı SM klinikasının aparıcı pediatrı, uşaq qastroenteroloqu Daria Markova Gazeta.Ru-dakı məqaləsində danışıb.
“Körpə uşaqlar üçün ağrının mənbəyini müəyyən etmək çətindir. Onlar adətən ümumi qarın ağrısından şikayət edirlər və ya göbək nahiyəsinə işarə edirlər. Yaşlı uşaqlar sağ tərəfi göstərə bilər.
Digər vacib məqam: apendisit zamanı ağrı getdikcə artır və uşaq tualetə getdikdən və ya mədədə qazdan qurtulduqdan sonra belə getmir" - Darya Markova bildirib.