Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK
09 iyun 2023 10:25 (UTC +04:00)

Ürək çatışmazlığı daha tez MÜƏYYƏN EDİLƏCƏK

Mərmərə Universiteti (MÜ) ilə əczaçılıq şirkəti arasında geyilə bilən texnologiyadan istifadə edərək süni intellektlə ürək çatışmazlığının daha erkən aşkarlanmasını təmin edəcək “PROHEART-AI” layihəsi üçün əməkdaşlıq protokolu imzalanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, layihənin imzalanma mərasiminin keçirildiyi görüşdə “PROHEART-AI” təfərrüatları da paylaşılıb.

Layihə çərçivəsində ürəyin bəzi bioloji məlumatlarını anında izləyə bilən və üzərindəki sensor vasitəsilə bu ölçmələri qeyd edən geyilə bilən texnologiyadan istifadə ediləcək.

Bu yolla əldə edilən məlumatlar və klinik təqib nəticələri süni intellekt əsasında hazırlanacaq. Layihə klinik baxımdan bu texnologiyalardan istifadə etməklə ürək çatışmazlığının erkən aşkarlanmasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959

Oxşar yazılar