Üç ay ərzində vegan pəhrizlə  ARIQLAMAQ MÜMKÜNDÜR? - AÇIQLAMA
30 avqust 2022 19:44 (UTC +04:00)

Üç ay ərzində vegan pəhrizlə ARIQLAMAQ MÜMKÜNDÜR? - AÇIQLAMA

Son illərdə "vegan pəhrizi" qəbul edənlərin sayı xeyli artıb. 

Lent.az xəbər verir ki, müxtəlif araşdırmalara görə, 12 həftə ərzində vegan yemək normal qidalanan insanlarla müqayisədə müsbət nəticələr verir.

“The Guardian”ın xəbərinə görə, vegan pəhrizə üstünlük verən fərdlər qan şəkəri səviyyəsi azalarkən orta hesabla 4,1 kiloqram arıqlaya bilirlər.

Bədən kütləsi indeksi 25-dən yuxarı, artıq çəkili və ya 2-ci tip şəkərli diabetdən əziyyət çəkən 796 nəfər arasında aparılan araşdırmanın nəticələri Avropa Piylənmə Konqresinə təqdim edilib.

Kopenhagendəki Steno Diabet Mərkəzinin tədqiqat rəhbəri Anne-Ditte Termassen bildirib ki, bu araşdırmanın nəticələri vegan pəhrizin çəkini əhəmiyyətli dərəcədə azalda və qan şəkərinin səviyyəsini yaxşılaşdıra biləcəyini göstərir.

Termaasen deyib ki,  vegan pəhrizləri kilo itkisinə gətirib çıxarır, çünki o, daha az kalorili suqəbuledici, daha az yağ tərkibi və lifli qidalar gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1866
avatar

Oxşar yazılar