Tez yuxuya getmək üçün  dörd məhsul
10 iyul 2022 09:09 (UTC +04:00)

Tez yuxuya getmək üçün dörd məhsul

Axşamlar düzgün qidalanma tez yuxuya getməyə kömək edir və gecə istirahətinizin keyfiyyətini yaxşılaşdırır.

Lent.az bildirir ki, dietoloq, tibb elmləri namizədi Paula Dobriç “Eat This, Not That!” jurnalına verdiyi müsahibədə bu effektli dörd məhsulun adını çəkib.

Dobriçin sözlərinə görə, banan və qoz-fındıq daha tez yuxuya getməyə kömək edir. Bu, onların tərkibində çoxlu miqdarda B6 vitamini və maqnezium olması ilə əlaqədardır ki, bu da sinir sistemini sakitləşdirir və orqanizmi rahatlamağa kömək edir.

Dobriç həmçinin yuxuya getməkdə çətinlik çəkən hər kəsə qoji giləmeyvələrinə (qoji giləmeyvəsi "qurd üzümü" adı ilə bilinən bitki olub, tərkibindəki vitamin və minerallar sayəsində bütün dünyada diqqəti cəlb edən meyvədir-red.) daha yaxından diqqət yetirməyi tövsiyə edib.

Araşdırmalar göstərir ki, bu meyvələrin bir ovucunda yuxusuzluğun öhdəsindən gəlməyə kömək edən yüksək konsentrasiyalı melatonin var. Mütəxəssis qeyd edib ki, yatmazdan əvvəl içilən bir stəkan ilıq süd də oxşar təsirə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar