Tez və sağlam  arıqlamağınıza   kömək edəcək detoks suyu
21 avqust 2021 13:06 (UTC +04:00)

Tez və sağlam arıqlamağınıza kömək edəcək detoks suyu

Son illərin ən populyar içkilərindən olan detoks suları mütəxəssislər tərəfindən su istehlakını dəstəkləmək üçün tövsiyə olunur. Yağ yandırma və toksinlərin çıxarılmasını ehtiva edən detoks suları, bəlkə də insan sağlamlığına xidmət edən qida maddələrinin alınmasını təmin etməyin ən asan yoludur.

Lent.az tez və sağlam arıqlamaq üçün lazım olan detoks suyunun reseptini təqdim edir:  

Lazım olan məhsullar:

2 litr su

1 xiyar

1 limon

5-6 ədəd nanə

1 çubuq darçın

Hazırlanması:

Bütün məhsulları təmiz yuyub 2 litr suya tökün. Sonra hazırladığınız suyu soyuducuda 12 saatdan bir günə qədər saxlayın. Hazırladığınız qarışımı bitənə qədər istifadə edə bilərsiniz. Hər gün eyni saatda qəbul etməyiniz məsləhətdir.

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7497
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar