Tər qoxusundan xilas olmanın YOLLARI
23 oktyabr 2023 02:26 (UTC +04:00)

Tər qoxusundan xilas olmanın YOLLARI

0

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlarda döş xərçənginə səbəb ola bilir.

Sizə təqdim edəcəyimiz resept isə tamamilə təbii məhsullardan ibarətdir.

Lazım olanlar:

8 x.q kokos yağı
yarım fincam qarğıdalı nişastası
yarım fincan soda
4-5 damcı hər hansı təbii ətirli yağ

Hazırlanması:

Soda və qarğıdalı nişastasını qarışdırın. Kokos yağı əlavə edin. Daha sonra istədiyiniz yağı əlavə edərək qaba doldurun. Bu köhnə dezodorant qabı da ola bilər. Qarışımı 2 həftə ərzində istifadə etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3422

Oxşar yazılar