Tənhalıq ölümcül xəstəlik  RİSKİNİ ARTIRIR
06 iyun 2023 16:46 (UTC +04:00)

Tənhalıq ölümcül xəstəlik RİSKİNİ ARTIRIR

Finlandiyadan olan elm adamları araşdırma aparıb və müəyyən ediblər ki, xərçəngin inkişaf risklərini qiymətləndirərkən insanların sosial əlaqələri və tənhalıq hissləri nəzərə alınmalıdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, nütəxəssislər xərçəng riskinin sosial təcrid (başqa insanlarla obyektiv sosial təmasların olmaması) və tənhalıq (subyektiv hiss) kimi amillərlə necə əlaqəli olduğuna diqqət çəkiblər.

Onlar ötən əsrin 80-ci illərində bu mövzunu araşdırmağa başlayıblar və təhlilə 2570 orta yaşlı insanı cəlb ediblər. İndiyədək elm adamları onların orqanizminin vəziyyətini təhlil edib və xəstəliklərin tarixi məlumatlarını qeyd ediblər. Bu nəhəng dövrdə xərçəngin inkişafı tədqiqatın təxminən 25 faizində baş verib və daha 11 faiz onkoloji patologiyalar səbəbindən ölüb.

Onlar tənhalıqla xərçəngə tutulma riski arasında əlaqə tapıblar - bu, təxminən 10 faiz təşkil edib. Bu əlaqəyə sosial status, həyat tərzi və ya ürək xəstəliyi təsir etməyib. Tədqiqatın əvvəlində subay, dul və ya boşanmış bir insanın xərçəngdən ölmə riski daha yüksək idi.

Tədqiqatın müəllifi Siiri-Liisi Kraavın fikrincə, tənhalığın bədənə təsiri barədə məlumatlar getdikcə artır. O, bu mövzunu, eyni zamanda, patoloji təsirlərlə bağlı mexanizmləri ətraflı öyrənmək lazım olduğunu vurğulayıb. Bunun sayəsində qarşısının alınması üçün hədəflər tapmaq və təkliyin dağıdıcı təsiri ilə daha effektiv mübarizə aparmaq mümkün ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1654

Oxşar yazılar