İri döşlər gənc yaşda cazibədar görünsə də cazibə qüvvəsinin təsiri ilə qısa müddətdə formasını itirir və sallanır. Çəki artımı və itkisi, hamiləlik döşlərin böyüməsinə və sallanmasına səbəb olur.
Lent.az Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Mütəxəssisi, prof. Dr. Akın Yücelin bu barədə yazdığı məqaləni təqdim edir:
- Böyük döşlər insanları olduğundan daha böyük, yöndəmsiz və yaşlı göstərir.
Xüsusilə gənc qızlarda utanc hissi yarada bilər. Böyük döşləri olan gənc qızlar əyilməyə və onları gizlətmək üçün boş paltarlar geyinməyə başlayırlar. Dar paltarlardan və idman fəaliyyətlərindən uzaq dururlar. Bu, çəki artımına səbəb ola bilər. Onların sosial əlaqələri pisləşə bilər və özünə qapana bilər. Sevgililəri ilə sağlam münasibət qura bilməyəcəklər.
Eyni zamanda, böyük döşlər sağlamlıq problemləri gətirir. Boyun, bel və çiyin ağrılarına səbəb olur və zamanla onurğada qalıcı pozğunluqlar yaradır. Büstqalter kəmərləri bir müddət sonra çiyinləri deformasiya edir. Döşlərin alt hissəsi daim tərli və havasız olduğu üçün zamanla qıcıqlanır və dəri problemləri yaranır. Döşləri böyük olan qadın çiyin, boyun və bel ağrıları ilə yaşamalı olur.
Döşləri həddindən artıq böyük olanlar və ya sinə ölçüləri ilə sosial, fiziki və cinsi həyatında problem yaşayanlar bədən inkişafını tamamladıqdan sonra döş kiçiltmə əməliyyatı keçirə bilərlər. Döş kiçiltmə əməliyyatının məqsədi döşləri bədənə nisbətdə azaltmaqdır. Bu əməliyyatlarda 3 əsas proses həyata keçirilir: məmə yuxarı qaldırılır, artıq döş toxuması çıxarılaraq formalaşdırılır və son olaraq artıq dəri toxuması çıxarılaraq atılır. Qalan çapıq uzunluğu döşün ölçüsünə, sallanmasına və xəstənin dərisinin elastikliyinə görə dəyişir. Bu proses zamanı döş də tikilir və konusvari forma verilir.
Döş kiçiltmə əməliyyatları plastik əməliyyatlar arasında ən az ağrılı əməliyyatlardan biridir. İlk bir neçə gün yüngül ağrıdır və sadə ağrıkəsicilərlə idarə oluna bilər. Döşlərin kiçildilməsinin nəticələri qalıcıdır və ən yüksək xəstə məmnuniyyəti olan əməliyyatlar sırasındadır.