Süd vəzi xərçəngi hansı hallarda yaranır? - CAVAB
10 aprel 2023 12:40 (UTC +04:00)

Süd vəzi xərçəngi hansı hallarda yaranır? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzusu süd vəzi xərçənginin yaranması ilə bağlıdır.

Qadının süd vəzilərində çoxlu sayda alveol – süd yığılan hissəciklər, birləşdirici piy toxuması, geniş damar və limfa şəbəkəsi var. Qadında ən cüzi biokimyəvi proses və hormonal disbalans dərhal süd vəzisində özünü göstərir.

Qadınlar ömür boyu bir dəfə də olsa mastit, mastopatiya kimi süd vəzi problemindən əziyyət çəkir. Süd vəzinin daha çox xoşxasəlli şişləri də yayılıb- adenoma və fibroadenoma. Bəzi hallarda adenomalar bədxasəlliyə çevrilə bilir, ona görə bu şişlər daim nəzarətdə saxlanmalıdır. Lakin süd vəzi xərçəngi öz-özünə, heç bir düyün, kista ilə əlaqəli olmadan müstəqil yaranır.

Maraqlıdır bəs, süd vəzi xərçəngi hansı hallarda yaranır?

Lent.az xəbər verir ki, bu barədə ATU-nun Onkologiya kafedrasının dosenti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva danşıb:

"Süd vəzi xərçəngi süd vəzinin normal hüceyrələrindən əmələ gəlmiş şiş hüceyrələrinin çoxalması nəticəsində yaranır. Orqanizmin bütün hüceyrələri öz vəzifələrini yerinə yetirdikdən sonra məhv olur. Şiş hüceyrələrində isə bu mexanizm işləmir. Həmçinin şiş hüceyrələrinin inkişafı, artıb çoxalması orqanizmin tənzimedici mexanizmlərinə tabe olmadan baş verir. Əgər bu hüceyrələri məhv edən və ya inkişafını dayandıran kənar müdaxilələr olunmasa, onlar öz inkişaflarını fasiləsiz olaraq davam etdirirlər" - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Fidan İlqar

Oxşar yazılar