Süd uzun müddət qaynadılanda nə baş verir?
20 oktyabr 2021 23:26 (UTC +04:00)

Süd uzun müddət qaynadılanda nə baş verir?

Son zamanlar bitki südünə tələbat artsa da, inək südü dadına və faydalarına görə daha üstündür.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bir çox insan qatıq və kefir kimi süd məhsullarını da artıq evdə hazırlamağa üstünlük verir. Bəs, südü uzun müddət qaynadanda nə olur?

1. Ev şəraitində südün ənənəvi üsullarla qaynadılması B1, B12 və C vitaminlərində əhəmiyyətli itkilərə səbəb olur.

2. Bişmiş dad və ətir əmələ gəlir.

3. Südün rəngi dəyişir.

4. Bəzi vitaminlər tamamilə məhv olur.

5. Akrilamid və HMF (Hydroxy Methyl Furfural) kimi bəzi zərərli maddələr meydana gələ bilər.

# 8553
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar