ŞOK ARAŞDIRMA:  Məşhur piylənmə əleyhinə dərmanlar xərçəng riskini azaldır
17 iyul 2024 15:40 (UTC +04:00)

ŞOK ARAŞDIRMA: Məşhur piylənmə əleyhinə dərmanlar xərçəng riskini azaldır

Məşhur piylənmə əleyhinə dərmanların xərçəng riskinin azaltdığı müəyyən edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar on ildən çox müddətdə 2-ci tip diabetli təxminən 1,7 milyon insanın tibbi qeydlərini təhlil ediblər.

"GLP-1" diabet və piylənmə dərmanları (Ozempic və Wegovy kimi qanda qlükoza səviyyəsinə nəzarət etməyə kömək edən dərmanlar) müəyyən xərçəng növlərinin riskini azaltmağa kömək edə bilər. Alimlər bu qənaətə gəliblər. Artıq çəkisi və ya obez olan insanlarda 13 növ xərçəngə tutulma riski daha yüksəkdir və bu risk insan piylənmə müddəti artdıqca artır.

Yeni bir araşdırma, "GLP-1" sinif dərmanları ilə müalicə olunan tip 2 diabetli insanların insulinlə müalicə olunanlara nisbətən piylənmə ilə əlaqəli 13 xərçəngdən 10-na daha az diaqnoz qoyduğunu göstərib. Bununla belə, alimlər belə qənaətə gəliblər ki, "GLP-1" müalicəsi postmenopozal döş xərçəngi riskinin azalması ilə əlaqəli deyil. Bu dərmanlar mədə xərçəngi və qalxanabənzər vəzi xərçənginin inkişaf riskinə təsir etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2490
avatar

Fidan İlqar

Oxşar yazılar