Soğan bu xəstəlikləri DƏF EDİR
19 yanvar 2023 13:59 (UTC +04:00)

Soğan bu xəstəlikləri DƏF EDİR

Soğan və sarımsağın qidalandırıcı faydaları saysız-hesabsızdır. Hər ikisi antibiotik mənbəyidir. Ancaq təkcə özləri deyil, həm də qabıqları əslində bir çox məqsədlər üçün də istifadə oluna bilər. Bunu bilmədiyimiz üçün adətən soğan və sarımsağın qabığını soyduqdan sonra zibil qutusuna atırıq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, soğanda və soğan suyunda bol olan kalium bəlğəm və əzələ yorğunluğuna müsbət təsir edir.

Çiy və ya bişmiş soğanın suyu da ağrıları kəsir. Bu faydadan yararlanmaq üçün soğan qabığını suda 10-15 dəqiqə qaynadın. Qabıqları süzün və bal ilə qarışdırıb, çay kimi için.

Yuxusuzluq əksər insanlar üçün əsas problemə çevrilib. Yatmazdan əvvəl bir stəkan suda sadəcə soğan qabığını dəmləyib çayı süzdükdən sonra içməyə başlayın.

Soğan suyu təkcə bəlğəmi yumşaltmır, həm də bronxit kimi xəstəliklərin təsirini azaldır. İlıq içilən soğan suyu boğaz ağrısı, boğaz iltihabı, öskürək, bronxit kimi xəstəliklərdə təbii müalicəvi təsirə malikdir.

Soğan və sarımsaq suyu dəri üçün inanılmaz dərəcədə faydalıdır. Tərkibindəki C vitamini sayəsində dəridəki qaşıntıları aradan qaldırır. Bundan əlavə, tərkibindəki “quercetin” maddəsi antioksidan xüsusiyyətlər göstərir. Soğan və sarımsaq suyunun tərkibindəki A və E vitaminləri dərini qidalandırır və yumşaldır.

Antibiotik təsiri olan soğan və sarımsaq qabıqları da antioksidan xüsusiyyətlər nümayiş etdirir. Bu baxımdan ağız və dişə qulluq üçün təsirlidir. Soğan və sarımsağın qabıqlarının qaynadılmasından hazırlanan su ilə qarqara ağızdakı boşluqların qarşısını alır, bakteriyaları məhv edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2811
avatar

Fidan İlqar

Oxşar yazılar