Şiş xəstəlikləri ilə bağlı deyilənlərə inanmayacaqsınız - HƏKİM AÇIQLADI
15 yanvar 2024 09:50 (UTC +04:00)

Şiş xəstəlikləri ilə bağlı deyilənlərə inanmayacaqsınız - HƏKİM AÇIQLADI

Orqanlarımıza yad olan, anormal hüceyrələrin kontrolsuz və sürətlə çoxalaraq digər orqanlara da yayılıb bədənimizi istila etməsi xərçəng adlanır. Hüceyrələr bədəndə çoxaldıqca orqanların normal fəaliyyətinə mane olur.

Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin həkim-radioloqu Şəbnəm Topbaştekin danışıb.

O qeyd edir ki, şiş xəstəlikləri 3 böyük qrupa ayrılır. Bunlar bədxassəli, xoşxassəli və xərçəngönü şişlərdir.

Xoşxassəli xərçəng hüceyrələri çox hallarda digər orqanlara yayılmır. Əksinə bədxassəlilər sürətlə yayılaraq həyati təhlükə yaradır ki, bu da metastaz adlanır. Xərçəngönü vəziyyətdə yaranan anormal hüceyrələr, sonradan bədxassəli xərçəngə çevrilə bilir.

Həkim bildirir ki, təxminən 200-dən çox xərçəng növü var. Bunlardan ən çox yayılanları ağciyər, süd vəzi, prostat, limfoma, beyin, bağırsaq, böyrək, mədə, yumurtalıq və s. növlərdir. Xərçəngin əmələ gəlmə səbəbləri müxtəlifdir. Bunlara genetik və ətraf mühit faktorları, həddən artıq siqaret və spirtli içki qəbulu, radiasiya, həddən artıq günəş işığı, stres, hormonal preparatlar və s. aiddir.

Şəbnəm Topbaştekinin sözlərinə görə, xərçəngin ən çox yayılmış növləri 4 mərhələdən ibarət olur. Birinci mərhələdə kiçik bir sahədədir və daha ətrafdakı digər toxumalara, limfa düyünlərinə yayılmayıb. İkinci mərhələdə olduğu yerdən ətraf toxumaya tərəf böyüyüb, limfa düyünlərinin bir hissəsinə yayıla bilər, digər toxumalara yayılmamışdır. Üçüncü mərhələdə kifayət qədər böyüyərək daha çox limfa düyünlərinə və digər toxumalara yayılır. Dördüncü mərhələdə isə xərçəng digər toxuma və orqanlara yayılaraq metastaz vermişdir. Bu mərhələ həyati vacib əhəmiyyət kəsb edir.

Əsasən 4 mərhələdə gedən xərçənglərin sıfır adlanan mərhələsi də olur. Bu isə ən erkən və təhlükəsiz mərhələ hesab edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4395
avatar

Fidan İlqar

Oxşar yazılar