Siqareti tez və asanlıqla necə atmaq olar? –  5 MƏSLƏHƏT
16 noyabr 2023 12:34 (UTC +04:00)

Siqareti tez və asanlıqla necə atmaq olar? – 5 MƏSLƏHƏT

Bu gün 16 noyabr – Beynəlxalq Siqaretdən İmtina Günüdür. Günə uyğun olaraq ekspertlər siqareti tez və asanlıqla atmağın yollarını açıqlayıblar. 

Lent.az xəbər verir ki, birinci qayda siqaret çəkməyə təhrik edən siqaretdən, alışqandan və bu kimi şeylərdən qurtulun. Yəni bacardığınız qədər siqareti göz önündə saxlamayın. 

Bundan başqa, siqareti atacağınıza dair sizin üçün əhəmiyyətli olan bir insana söz verməlisiniz. Çünki biz tez-tez kifayət qədər özümüzə nəzarət etmədiyimiz üçün ruhdan düşürük və planlarımızdan geri çəkilmək daha çətin olacaq.

Adətən siqaret çəkməyə sərf etdiyiniz vaxtı düzgün ayırmalısınız. Müəyyən saat təyin edib ancaq o vaxt siqaret çəkməyiniz məsləhətdir. Və ya bunun əvəzinə nəfəs məşqləri edə bilərsiniz. Gözlərinizi bağlayın, nəfəs alın və verin. Beş dəqiqəlik sakit nəfəs siqaretdən üstün olan sakitləşdirici təsirə malikdir.

İnsanda artıq vərdiş halına gələn bir növ hərəkət var. Belə ki, siqaret çəkən insan daim ağzında nə isə olsun istəyir. Bunun üçün siqaret əvəzinə qələm, kök çubuqları və ya kərəviz sapı ilə ağzınızı məşğul edə bilərsiniz.

Tez-tez ədviyyatlardan istifadə edin - onlar nikotinə olan istəkləri azaldır. Bir növ zəngin dad yaratmaq üçün, məsələn, bir çimdik anis toxumu kifayət edəcəkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5976
avatar

Sevinc Fərid

Oxşar yazılar