Səyahət sağlamlığa necə təsir edir? - Nümunələr
29 dekabr 2023 16:47 (UTC +04:00)

Səyahət sağlamlığa necə təsir edir? - Nümunələr

Alimlər yeni araşdırmada belə qənaətə gəliblər ki, səyahətlər insan sağlamlığına mənfi təsir göstərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat qrupu ABŞ-dan olan böyük bir beynəlxalq səyahətçi qrupunun nəcis nümunələrini təhlil edib.

Onlar səyahətdən əvvəl bağırsaq mikrobiotasının orqanizmin davamlı bakteriyalara qarşı həssaslığında rolunu, səyahətin bağırsaq mikrobiotasına necə təsir etdiyini öyrənmək istəyiblər.

Ümumilikdə 267 səyahətçinin səhhəti təhlil edilib. Onlardan 101-i, yəni təxminən 38 faizi antibiotiklərə davamlı olan üç hədəf mikroorqanizmdən ən azı birinə malik idi. Onlardan 99 nəfəri beta-laktamazalar, 18 nəfəri kolistinə davamlı, 3 nəfəri isə karbapenemə davamlı olan Enterobacteriaceae bakteriyası gətirib.

Alimlər mikrobiotanın ilkin vəziyyətini və səfərdən sonra onunla baş verənləri müqayisə edərək, mikrob müxtəlifliyində azalma və Enterobacteriaceae ailəsinin orqanizmlərinin sayında kəskin artım qeydə alıblar.

Həmçinin, səyahət edənlərin 67 faizində ilkin olaraq mövcud olmayan E. coli ştammları var idi. Maraqlıdır ki, qarın yatalağına qarşı peyvəndlər və süzülməmiş kran suyu orqanizmi E.coli-nin yeni ştammlarından qoruyur. Bundan əlavə, antibiotik müqavimətinin inkişafı ilə əlaqəli çox sayda gen sənədləşdirilib. Bu araşdırma fərdlərin qlobal hərəkətinin populyasiyalarda antibiotik müqavimətinin artmasına səbəb ola biləcəyini təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Fidan İlqar

Oxşar yazılar