Şəhərlərdə ölüm hallarını 15 faiz azaltmağın  sadə və ucuz yolu
25 dekabr 2022 19:18 (UTC +04:00)

Şəhərlərdə ölüm hallarını 15 faiz azaltmağın sadə və ucuz yolu

ABŞ-ın Kənd təsərrüfatı nazirliyinin Meşə xidmətinin tədqiqatçıları müəyyən ediblər ki, əkilən hər bir ağac əkin sahəsinin yaxınlığında yaşayan insanlar arasında ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, alimlər 1990-2019-cu illər arasında ABŞ-ın Oreqon ştatının Portlend şəhərində keçirilən yaxşı sənədləşdirilmiş ağac əkmə kampaniyasının məlumatlarını təhlil ediblər. Bu müddət ərzində qeyri-kommersiya qrupu şəhərin küçələrində 49246 ağac əkib.

Bununla da hər ağacın harada və nə vaxt əkilməsinin qeydlərini aparıblar. Bu, elm adamlarına bu məlumatları ürək-damar, tənəffüs xəstəlikləri və ya digər səbəblərdən ölüm nisbətləri ilə əlaqələndirməyə imkan verib.

Daha çox ağac əkilən ərazilərdə, xüsusən də kişilər və yaşlılar arasında ölüm halları daha aşağı olub.

Araşdırma nəticəsində məlum olub ki, ağaclar böyüdükcə əlaqə də güclənir. Əvvəlki 1-5 ildə əkilmiş ağaclar ölüm hallarının 15, əvvəlki 11-15 ildə əkilmiş ağaclar isə 30 faiz azalması ilə əlaqələndirilib.

Müəlliflər bu təsirin səbəblərini nəzərdən keçirməyiblər, lakin bunun temperatur və səs-küyün azalması, eləcə də havanın çirklənməsi ilə əlaqəli olduğunu irəli sürüblər.

Bundan əlavə, tədqiqatın müəllifləri belə qənaətə gəliblər ki, ağac əkilməsinin illik iqtisadi faydası onların saxlanması xərclərini min dəfədən çox üstələyir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Oxşar yazılar