Sarımsaqdan sonra bu ərzağı yeyin,  pis qoxu yox olsun
07 noyabr 2023 14:48 (UTC +04:00)

Sarımsaqdan sonra bu ərzağı yeyin, pis qoxu yox olsun

Sarımsaq yedikdən sonra ağızdan gələn sarımsaq iyini necə tez yox etmək olar?

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, türkiyəli həkim  Sevim Dönməz sarımsaq iyini yox etməyin ən yaxşı üsulunun qatıq yemək olduğunu deyib.

“Sarımsaq yedikdən yarım saat sonra ( dərhal olmaz) adi qatıq yemək lazımdır. Qatığın içərisindəki probiotiklər sarımsaq qoxusunu 99 fazi azaldır. Sarımsaqlı qatıq yedikdən yarım saat sonra  sadə qatıq yemək də eyni effekti verir”, - o bildirib.

Həkim həmçinin bildirib ki, ağızdan gələn pis qoxunu yox etməyin ən yaxşı üsullarından biri də mixək çeynəməkdir:

“Ümumiyyətlə ağızdan gələn pis qoxunun əsas səbəbkarı bağırsaqlardır. Xüsusən qəbizlikdən əziyyət çəkən adamların belə problemi olur. Buna görə yalnız diş fırçalamaqla iş bitmiş hesab olunmur. Bağırsaq florasının tənzimlənməsi üçün müalicə götürülməlidir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7233
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar