Sarımsağın   saçlar üçün faydaları
12 iyun 2023 13:11 (UTC +04:00)

Sarımsağın saçlar üçün faydaları

Sarımsaq keçmişdən bu günə qədər ən təbii antibiotiklərdən biridir. Müalicəvi və faydaları ilə tanınan sarımsağın orqanizm üçün xeyri sonsuzdur. Qoxusuna görə çoxları tərəfindən sevilməyən sarımsaq yeməklərə də fərqli və xoş bir dad qatır. Bunlarla yanaşı, sarımsaq həmçinin saç baxımından saç tökülməsinə, hətta saç köklərinin güclənməsinə qədər müxtəlif problemlərin də həll yoludur.

Saçlarınızın tökülməsindən və ya cansız qalmasından şikayət edirsinizsə, mütləq sarımsaqdan istifadə etmək lazımdır.

Lent.az xəbər verir ki, sarımsağın tərkibindəki vitamin və minerallar saçın sağlamlığında mühüm rol oynayır. Məsələn, bol kalsium ehtiva edən sarımsaq, saça çəkildikdə qüsurlu saç böyüməsinin qarşısını alaraq saçların uzanmasında təsirli olur.

Sarımsaq saç sağlamlığı üçün çox faydalı olan kükürdlə zəngindir. Kükürd saç istehsalı üçün vacib olan keratin də daxil olmaqla bir çox zülalın struktur hissəsidir. Sarımsaqda olan selenium saç sağlamlığını yaxşılaşdırmaq üçün E vitamini ilə işləyir. Selenium vitamini hüceyrələrə zərər verən sərbəst radikallarla mübarizə apararaq bədəndə E vitamininin gücünü artırır. E vitamini az olan insanlarda adətən saç tökülməsi, quru saçlar və mat saçlar olur. Sarımsaq ilə qısa zamanda bütün bu problemlərə çarə ola bilər. 
Sarımsaq saç sağlamlığı üçün vacib olan C, B-6 və B-1 (tiamin) vitamin mənbəyidir. Vitamin C saçları qırılmadan qoruyur və kollagen istehsalını artırmağa kömək edir. B-6 vitamini çatışmazlığı saçların tökülməsinə səbəb olur.

Saç tökülməsi həm kişilərdə, həm də qadınlarda görülən bir problemdir. Lakin bu problem qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Sağlamlıq problemlərinə görə saç tökülməsi baş verə bilər. Bəs, saçlara sarımsaq necə tətbiq edilə bilər? 

Sarımsaqlı şampunları apteklərdə, marketlərdə və ya kosmetika mağazalarından əldə edə bilərsiniz. Sarımsaqlı şampun tapa bilmirsinizsə, problem yoxdur, gündəlik istifadə etdiyiniz şampuna sarımsaq suyu və ya ekstraktı əlavə edərək öz şampununuzu hazırlayın. Başqa bir seçim isə sarımsağı birbaşa baş dərinizə tətbiq etməkdir. 3-4 diş sarımsağı əzin və saçlarınızın töküldüyü və ya zəiflədiyi bölgələrə saç dərinizə çəkin və təxminən 1 saat saxlayın. Sonra eyni nahiyəni zeytun yağı ilə masaj edin. Daha sonra kapot taxaraq və ya dəsmalla saçınızı bükərək bir gecə elə saxlayın. Səhər duranda saçınızı adi şampunla yuyub yaxalayın. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9181

Oxşar yazılar