Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasının statusunu ləğv edib.
Lent.az-ın xarici mediaya istinadəın xəbərinə görə, bunu mayın 5-də təşkilatın rəhbəri Tedros Adan Qebreysus bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il martın 11- COVID-19 epidemiyasının pandemiyaya çevrildiyini elan edib. ÜST-nin məlumatına görə, o vaxtdan bəri ən azı 20 milyon insan koronavirusun təsirindən dünyasını dəyişib.
Bir qədər əvvəl ÜST-nin baş direktoru bu il COVID-19 pandemiyasının başa çatmış hesab oluna biləcəyinə əminliyini ifadə edib. O, həmçinin xatırladıb ki, martın 11-i təşkilatın koronavirusun qlobal yayılmasının pandemiya adlandırıla biləcəyini ilk dəfə elan etməsindən üç il keçir.