Saç qurutmağın   ən yaxşı yolu
25 iyun 2023 12:49 (UTC +04:00)

Saç qurutmağın ən yaxşı yolu

Mütəxəssislər saç qurutma fenlərinin yüksək istilik verdiyi üçün saçlara zərər verdiyini deyirlər. Digər tərəfdən dəsmal ilə saçları qurutmağın yaxşı üsul olmadığını da bildirirlər.

Bəs saçlarımızı necə qurutmalıyıq?

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, saça qulluq zamanı iki qızıl qayda var.

Bu iki qayda müntəzəm saç kəsimi və hər gün yuyulmadır. Saç qurutma fenləri yüksək istilik yaydıqları üçün saçlara zərər verə bilər. Buna görə saç qurutma mütəxəssisləri lazım olmadıqca bu maşınlardan istifadə etməməyi tövsiyə edirlər. Bir çox insanlar duşdan çıxdıqdan sonra saçlarını dəsmalla bükür, hətta saçlarını dəsmalla sıxırlar ki, artıq su getsin.

Mütəxəssislər deyirlər ki, yaxşı bilinməsə də, saçı dəsmal ilə qurutmaq çox yaxşı üsul deyil. Saçları dəsmalla bərk-bərk bükmək və bu şəkildə qurutmaq saçların qırılmasına və hətta zəifləməsinə səbəb ola bilər.

Maraqlıdır, saçımızı necə düzgün qurutmaq olar?

İlk növbədə saçınızın ətrafına möhkəm olmamaq şərtiylə sarmaq lazımdır. Boş bir şəkildə sarın və bir neçə dəqiqə gözləyin ki, saçınızdakı artıq nəm udulsun. 

Artıq suyu dəsmalla götürdükdən sonra saçınızı qətiyyən daramayın. Çünki saçı yaş daramaq saçların qırılmasına səbəb olur. Buna görə daranmadan əvvəl saçın bir az qurumağa icazə verin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2646
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46