Qulaqlarda cingilti sağlamlıq problemlərinin əlaməti ola bilər.
Lent.az Gazeta.Ru-ya istinadən xəbər verir ki, bunu nevroloq, somnoloq Diana Andreeva deyib.
Onun sözlərinə görə, ən çox görülən səbəb xarici, orta və daxili qulaqın xəstəlikləridir. Qulaqlarda cingiltiyə psixoemosional pozğunluqlar, ürək-damar və endokrin sistem xəstəlikləri də səbəb ola bilər.