Qan təzyiqi ilə bağlı ümumi miflər DAĞIDILDI
18 may 2023 09:42 (UTC +04:00)

Qan təzyiqi ilə bağlı ümumi miflər DAĞIDILDI

Kardioloq German Qandelman qan təzyiqi ilə bağlı ümumi mifləri dağıdıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər baş ağrısının yüksək təzyiq əlaməti olmadığını, həmçinin özünüzü yaxşı hiss etsəniz belə, hipertoniya dərmanı içməyi dayandırmamağınız lazım olduğunu bildiriblər. 

Həkimlər baş ağrısının hipertoniyanın əlaməti olduğuna dair ümumi mifi təkzib ediblər. Qandelmanın fikrincə, hipertoniya asemptomatik bir xəstəlikdir və baş ağrıları yüksək qan təzyiqi ilə birbaşa əlaqəli deyil. "Təzyiqin beyin damarlarında səbəb ola biləcəyi ağrı reseptorları yoxdur".

Mütəxəssislər yüksək təzyiqlə xəstə özünü yaxşı hiss edirsə, onu azaltmağa ehtiyac olmadığını da yanlış fikir adlandırıblar. "Normal təzyiq hamı üçün eynidir - 120 ilə 80 millimetr civə, bu təzyiq hipertoniyası olmayan bir insanda və dərman müalicəsi alan hipertonik xəstələrdə olmalıdır".

Bədən yüksək təzyiqə nə qədər uzun müddət məruz qalırsa, fəsadların yaranma riski bir o qədər yüksək olur. "Yüksək qan təzyiqi insultdur" deyə Malışeva xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400
avatar

Fidan İlqar

Oxşar yazılar