Qadınlarda infarkt bu əlamətlərlə GƏLİR
04 noyabr 2022 13:34 (UTC +04:00)

Qadınlarda infarkt bu əlamətlərlə GƏLİR

Xalq arasında infarkt dediyimiz xəstəlik əslində tam tibbi adı miokard infarktıdır və bu xəstəlik ürəyi qidalandıran arterialların tıxanması nəticəsində ortaya çıxır.

Ürəyi qidalandıran arterialar tıxanır və ürəyin qidalanması pozulur, nəticədə də ürək əzələsində xəsarətlər ortaya çıxır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin araşdırmasına görə, 40 faiz qadın pasiyentlər ürəktutmasından əvvəl mədə pozulmasından şikayət edib.

Kardioloq Oleq Varmofolyev qadınların infarktdan öncə nələr hiss etdiyini açıqlayıb:

"Dispepsiya kimi tanınan mədə pozulması, həzm problemi ürəktutmasının başlayacağı vəziyyətlə bağlı ola bilər. Alimlər sübut edib ki, mədədə həzmin getməməsi qadınlarda 1-2 ay sonra infarkt olacağını birbaşa göstərən əlamətdir.

Qadınlarda ürəyin işemik xəstəliyi bir qədər gizli gedir, amma onların 50-60 faizi infarktdan öncə bu əlamətləri hiss etdiklərini deyiblər:

- Yuxu pozulması
- Qeyri-adi yorğunluq
- Mədə, həzm pozulması
- Başgicəllənmə
- Təngnəfəslik
- Narahatlıq

Əgər sizdə də belə əlamətlər varsa, mütləq ürəyinizi yoxladın".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Fidan İlqar

Oxşar yazılar