Uşaqlıqdan bizə öyrədilib ki, sıyıq sağlamlığın və enerjinin açarıdır. Ancaq hər gün yediyimiz dənli məhsulların nə dərəcədə faydalı olduğunu düşünmürük.
Lent.az bu qidanın vacibliyini izah edir:
Niyə qarabaşaq (greçka) lider sayılır?
Qarabaşaq ən faydalı dənli məhsullardan biri kimi tanınır. Araşdırmalar göstərir ki, o, rekord miqdarda antioksidantlar ehtiva edir və özü tərkibində qlüten yoxdur – bu da allergiyaya səbəb ola biləcək maddələrin qarşısını alır. Qarabaşaq həmçinin lif, mürəkkəb karbohidratlar, B qrupu vitaminləri, fol turşusu və pantoten turşusu ilə zəngindir – bunlar ürək və damarların sağlam fəaliyyəti üçün vacibdir. D-xiroinozit adlı maddə qarabaşaqda təbii olaraq mövcuddur və qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Bu da onu diabetli insanlar üçün ideal qida edir.
Qarabaşaq qadın sağlamlığı üçün də çox faydalıdır – hormon balansını qoruyur və reproduktiv sistemə müsbət təsir edir.
Yaşıl (işlənməmiş) qarabaşaq – vitaminlərin maksimum dərəcədə qorunduğu ən faydalı variantdır. Amma bizə tanış olan qovrulmuş qarabaşaq da hələ də zülal və dəmir baxımından dəyərlidir.
Yulaf (ovsanka) – dünya üzrə məşhurluğun səbəbi
Əsl fayda – yulafın bütöv dənələrdən bişirilməsi ilə əldə olunur, çünki tez bişən yulaf lopaları çoxsaylı termik emallardan sonra vitaminlərin əksəriyyətini itirir. Bütöv yulaf yüksək lif, vitamin, dəmir və antioksidant mənbəyidir.
Aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərini sabit saxlayır və çəkiyə nəzarətə kömək edir. Tərkibindəki beta-qlükan damar və ürək sağlamlığını qoruyaraq xolesterini azaldır. Yulaf həzm sisteminə də müsbət təsir edir – bağırsaqdakı faydalı bakteriyaların artımını dəstəkləyir. Səhər yeməyində yulaf metabolizmi aktivləşdirir, qaraciyərin fəaliyyətini və qalxanabənzər vəz funksiyasını normallaşdırır.
Arpa (perlovka) niyə yaxşıdır?
Arpa sıyığı da faydalı sıyıqlar arasında yer alır. B və K qrupu vitaminləri ilə zəngindir – bunlar normal qan dövranı və ürək sağlamlığı üçün vacibdir. Tərkibindəki lif və beta-qlükanlar uzunmüddətli toxluq hissi yaradır və qan şəkərində sıçrayışlara səbəb olmur. Arpa sıyığının mütəmadi qəbulu trombların yaranma riskini azaldır, damar sistemində xolesterin yığıntılarının qarşısını alır.
Başqa hansı sıyıqlara diqqət yetirmək lazımdır?
Rasionunuza əlavə edə biləcəyiniz digər faydalı sıyıqlar:
Qarğıdalı sıyığı
Kətan (len) sıyığı
Darı (pişeno) sıyığı
Qəhvəyi düyü
Bu dənli məhsullar lif və faydalı maddələrlə zəngindir. Amma manna sıyığından uzaq durmaq tövsiyə olunur – orqanizmə demək olar ki, heç bir fayda vermir, lakin yüksək kalorililiyi ilə arzuolunmaz çəki artımına səbəb ola bilər.