Qadının bədənindən 10 kiloluq şiş  çıxarıldı
15 iyun 2023 16:07 (UTC +04:00)

Qadının bədənindən 10 kiloluq şiş çıxarıldı

Başqırdıstanda həkimlər xəstənin bədənində illərdir böyüyən 10 kiloqramlıq şişi çıxarıblar.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, əməliyyat Respublika Klinik Xəstəxanasında baş tutub.

Oradakı qəbula 42 yaşlı Tacikistan vətəndaşı gəlib. Xəstə qarın nahiyəsində sıxılma hissindən şikayətlənib. Onun dediyinə görə, xeyli müddətdir ki, bu hissi yaşayır. Lakin bu günə qədər qadın tibb müəssisələrinə müraciət etməyib.

Müayinə zamanı məlum olub ki, uşaqlıq yolunun böyük mioması ona diskomfort gətirir. Əcnəbi ginekoloji şöbəyə yerləşdirilib, daha sonra laparotomiya əməliyyatı ilə ondan iri yenitörəmə çıxarılıb.

Əməliyyat uğurla başa çatıb. Hazırda xəstə evə buraxılmağa hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1913

Oxşar yazılar