Finlandiyalı alimlərin araşdırmasına görə, qaçış arıqlamağa kömək etmir, lakin müntəzəm idmanla artıq çəki artımının qarşısını mükəmməl şəkildə almaq mümkündür.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat zamanı müxtəlif yaşlarda olan kişilər - həm peşəkar qaçışçılar, həm bodibilderlər, həm də adi fiziki aktiv insanlar müayinə olunub.
Nəticələr göstərib ki, müntəzəm uzun və qısa məsafələrə qaçış aşağı bədən yağ səviyyəsini saxlamağa kömək edir. Həmçinin məlum olub ki, güc məşqləri hətta qocalıqda da əzələ kütləsini saxlamağa kömək edir.
Ancaq çəki itirməkdən danışırıqsa, ən yaxşı seçim aerobik və güc məşqlərinin birləşməsidir. Tədqiqatçılar qeyd edirlər ki, həm yağ, həm də əzələ ümumi sağlamlığa təsir edir, ona görə də hər ikisinə diqqət yetirmək daha yaxşıdır.
Mütəxəssislər həftədə 2-3 dəfə qaçmağı, eləcə də eyni sayda çəki hərəkətləri etməyi məsləhət görürlər. Bu yanaşma yağ artımının qarşısını almağa və əzələ kütləsini saxlamağa kömək edəcəkdir.